Icma.az
close
up
RU
ATU da təhsil haqqı niyə kəskin artdı? AÇIQLAMA

ATU da təhsil haqqı niyə kəskin artdı? AÇIQLAMA

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, yeni tədris ili üçün Azərbaycan Tibb Universitetində “Tibb” ixtisasının illik təhsilhaqqı artırılıb.

Bəs təhsil haqqının belə kəskin artırılmasına səbəb nədir və tələbələr üçün hansı çətinliklər yarada bilər?

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Tibb Universitetində tibb ixtisası üzrə təhsil haqqının bu il 4000 manatdan 6500 manata qaldırılması cəmiyyət arasında ciddi müzakirələrə səbəb olub:

"Bu addım ilk növbədə onunla diqqət çəkir ki, uzun illər ərzində bu ixtisas üzrə təhsil haqqı sabit qalsa da, birdən-birə bu qədər yüksək artım edilməsi, həm də indiki iqtisadi şəraitdə, ictimaiyyət üçün gözlənilməz oldu. Məsələ yalnız qiymətin artması deyil, həmin artımın tədrisin keyfiyyətinə uyğun gəlməməsi ilə bağlıdır. Tələbələr və məzunlar dəfələrlə bildiriblər ki, təhsil prosesi nəzəri biliklər üzərində daha çox qurulub, praktiki hazırlıq, klinik təcrübə imkanları və müasir avadanlıqlara çıxış isə istənilən səviyyədə deyil. Əgər universitet 6500 manatlıq təhsil haqqı müəyyən edirsə, tələbələr də qarşılığında beynəlxalq standartlara uyğun, müasir infrastruktur və praktiki imkanlarla təmin olunmuş, real iş şəraitinə hazırlayan bir təhsil almalıdırlar. Təəssüf ki, bu gözlənti ilə reallıq arasında hələ də ciddi fərq mövcuddur. Digər tərəfdən, bu artımın sosial təsiri də az deyil. Hazırda ölkədə əhalinin gəlir səviyyəsi, xüsusilə də orta təbəqə və aztəminatlı ailələrin imkanları nəzərə alınarsa, 6500 manat çox böyük bir yükdür. Həkim olmaq arzusu olan gənclər və onların valideynləri bəzən bu məbləği ödəmək üçün borc götürməyə, digər xərclərdən imtina etməyə məcbur qalırlar. Bu isə təhsilin əlçatanlıq prinsipinə ziddir və müəyyən mənada sosial bərabərsizliyi dərinləşdirir. Nəticədə, istedadlı, amma maliyyə imkanı məhdud olan gənclərin tibb sahəsində təhsil alma şansı azalır, bu isə uzunmüddətli perspektivdə ölkənin həkim kadrlarının sayı və keyfiyyəti üçün risk yarada bilər".

Ekspertin bildirib ki, bu cür qərarlar yalnız maliyyə əsasları ilə izah olunmamalıdır:

"İctimaiyyətə şəffaf şəkildə təqdim edilməli və izah edilməlidir ki, artırılan təhsil haqqı konkret olaraq hansı sahələrə sərf olunacaq, təhsilin hansı keyfiyyət göstəriciləri yaxşılaşdırılacaq. Əgər məqsəd dünya standartlarında həkim hazırlamaqdırsa, bu, tələbələrə laboratoriya, klinika və simulyasiya mərkəzlərində real təcrübə qazanmaq, müasir texnologiyalardan istifadə etmək və beynəlxalq tədris proqramlarından yararlanmaq imkanları ilə təmin olunmalıdır. Əks halda, yüksək təhsil haqqı yalnız maliyyə yükü kimi qalacaq və tələbələrin, eləcə də valideynlərin narazılığı daha da artacaq".

O əlavə edib ki, təhsil haqqının kəskin artımı həm sosial, həm də təhsil keyfiyyəti baxımından balanslı şəkildə yanaşma tələb edir. Universitetlər yalnız tələbələrdən daha çox ödəniş tələb etmək deyil, eyni zamanda onlara həmin ödənişin dəyərinə uyğun təhsil təqdim etmək öhdəliyini daşıyırlar.

Ülkər Cəlilzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:296
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Avqust 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri