Milyonluq tenderlərin qalibi olmuş məşhur şirkət bağlandı
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Dövlət satınalmalarında milyonluq tenderlərin qalibi olmuş məşhur “Tikinti Təchizat Bərpa” QSC ləğv olunduğunu elan edib.
"AzPolitika" bildirir ki, bu barədə İqtisadiyyat.az şirkətə istinadən xəbər verir.
Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini bildirə bilərlər.
Xatırladaq ki, “Tikinti Təchizat Bərpa” QSC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Rauf Əliyevdir.
Açıq məlumatlarda şirkətin 2020-ci ildən dövlət satınalmalarında iştiraka başladığı göstərilir. Cəmi bir il ərzində Mədəniyyət Nazirliyinin və tabeli qurumlarının, Bakı Şəhər İcra Hakimiyyətinin, Milli Arxiv İdarəsinin, Maliyyə Nazirliyinin və iki Mənzil Kommunal Təsərrüfat Birliyinin ümumilikdə 8,8 milyon manatdan çox tenderlərinin qalibi olub. 2021-ci ildən sonra dövlət satınalmalarında bu şirkətin adına rast gəlinməyib.
“Tikinti Təchizat Bərpa” QSC təmir-tikinti, dəftərxana və təsərrüfat mallarının, yumşaq inventar, yataq ləvazimatları, pərdə və xüsusi geyimlərin və s. satınalma xidmətləri sahəsində fəaliyyət göstərib.
"AzPolitika.info"
Baxış sayı:127
Bu xəbər 18 Avqust 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















