Icma.az
close
up
RU
Minatəmizləmə fəaliyyəti ilə bağlı yeni qaydalar müəyyən edilir

Minatəmizləmə fəaliyyəti ilə bağlı yeni qaydalar müəyyən edilir

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti ilə bağlı yeni qaydalar müəyyən edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilən “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, qeyri-texniki və texniki tədqiqat zamanı toplanılmış, həmçinin dövlət orqanlarından (qurumlarından), fiziki və ya hüquqi şəxslərdən daxil olmuş və ya mediada yayımlanmış məlumatlar əsasında səlahiyyətli qurum təhlükəli ərazilərə dair məlumatları bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan informasiya sisteminə daxil edir.

Təhlükəli ərazidə minatəmizləmə fəaliyyətinə başlanması barədə icraçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), dövlət sərhədinin mühafizəsi aparılan təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti həyata keçirilərkən isə həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 5 (beş) iş günü əvvəlcədən sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat verməli və bu ərazilərdə minatəmizləmə fəaliyyəti həmin orqanla (qurumla) qarşılıqlı əlaqədə həyata keçirilməlidir.

Minatəmizləmə fəaliyyətinin həyata keçirildiyi təhlükəli ərazilərdə işin təşkili ilə əlaqədar icraçılar aşağıdakılara riayət etməlidirlər:

-şəxslərə və yaxınlıqda yerləşən obyektlərə, habelə ətraf mühitə zərər vurulmasının qarşısının alınması üçün təhlükəsizlik tədbirlərinin görülməsi;
-təhlükəli ərazilərlə bağlı xəbərdarlıq və işarələmə sistemlərinin tətbiqi, o cümlədən təhlükəli və təmizlənmiş ərazilərin aydın şəkildə işarələnməsi;
-minatəmizləyənlər, mexaniki vasitələr (mexaniki minatəmizləmə maşınları, xüsusi təyinatlı texnikalar və s.) və minatəmizləmə fəaliyyətinə cəlb edilmiş heyvanlar arasında təhlükəsizlik məsafələrinin saxlanılması və nəzarət məntəqələrinin qurulması;
-təhlükəli ərazilərdən kənarda zəruri dəstəyin (əməliyyatların icrası üçün zəruri olan kölgələnəcək, səyyar anbar, brifinq zonası, nəqliyyat vasitələrinin duracağı və s.) təşkili;
-təhlükəli ərazinin yaxınlığında müvafiq ixtisaslı tibb işçilərindən, zəruri tibbi vasitələrlə və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrindən ibarət təcili tibbi yardımın təşkili.
-İcraçı fəaliyyət planına uyğun olaraq ona həvalə edilmiş təhlükəli ərazilər üzrə bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan informasiya sisteminin məlumat bazasının məlumatlarından istifadə etməklə qeyri-texniki tədqiqat aparır və onun nəticələri əsasında müvafiq ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan texniki tədqiqat planını tərtib edir və səlahiyyətli qurumla razılaşdırılmaqla icra edir.
-İcraçı bu Qanunun 6.4-cü maddəsində göstərilən texniki tədqiqat planının icrası nəticələrinə uyğun olaraq hazırlanmış hesabat əsasında təmizləmə planı tərtib edir və səlahiyyətli qurumla razılaşdırılmaqla icra edir.
-Texniki tədqiqat və təmizləmə bu Qanunun 5.11-ci maddəsinə uyğun olaraq qiymətləndirilmədən müvəffəqiyyətlə keçmiş VƏ müvafiq sertifikata malik minatəmizləyənlər tərəfindən yerinə yetirilir.
-Aşkar edilmiş partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi tələblərə və standart əməliyyat prosedurlarına uyğun olaraq həyata keçirilir. Partlayıcı sursatların zərərsizləşdirilməsi və ya yerləşdiyi ərazidən çıxarılması mümkün olmadıqda onlar həmin ərazidə məhv edilir. Zərərsizləşdirilmiş və yerləşdiyi ərazidən çıxarılmış partlayıcı sursatlar təhlükəsizlik qaydalarına riayət etməklə daşınaraq bu məqsədlə ayrılmış yerlərdə məhv edilir.
-Partlayıcı sursatların məhv edilməsi zamanı partlayışla əlaqədar ərazi üzərində hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tələblərə uyğun olaraq azı 3 (üç) iş günü əvvəlcədən rəsmi qaydada məlumatlandırılmalıdır.

Layihə III oxunuşda qəbul edilib.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Dekabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see233

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see220

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see219

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see183

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see163

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see145

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see144

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see144

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see141

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see128

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see127

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see125

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri