Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi həbs olunub
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Dövlət Gömrük Komitəsinin əməkdaşı həbs olunub.
APA-nın xəbərinə görə, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təsdiq ediblər. Məlumata görə, o, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda zəruri istintaq tədbirləri icra olunur. İctimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Fərid Usubovun saxlanılması barədə ilkin olaraq gününsesi.info məlumat yayıb.
Bu mövzuda digər xəbərlər:Gömrük Komitəsinin avtoşluq edən vəzifəli şəxsi: Yeyib içməyə tələsirəm
10 Mart 2025 15:14
Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT
01 Noyabr 2025 13:32
Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs edilib
22 May 2025 05:26
Dövlət Gömrük Komitəsinin sədri vətəndaşlarla görüşüb
04 Oktyabr 2025 09:34
Baxış sayı:18
Bu xəbər 11 Dekabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















