Icma.az
close
up
RU
Mingəçevir Dövlət Universitetində Bilik Günü təntənəli şəkildə qeyd olunub

Mingəçevir Dövlət Universitetində Bilik Günü təntənəli şəkildə qeyd olunub

Icma.az, Oxu.az saytına istinadən bildirir.

2025-ci ilin 15 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin başlanmasına həsr olunmuş Bilik Günü tədbiri keçirilib. Universitetin həyətində keçirilən tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Gənclər və İdman İdarəsinin, Mingəçevir şəhər Təhsil Sektorunun, Mingəçevir Bələdiyyəsinin rəhbərliyi, şəhid ailələrinin nümayəndələri, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, akademik və inzibati heyət, tələbələr, magistrantlar, onların valideynləri və digər qonaqlar iştirak ediblər.

Öncə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq onun əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir 2025/2026-cı tədris ilində ən yüksək balla MDU-ya qəbul olunmuş tələbələrin müşayiəti ilə Dövlət bayrağının meydana gətirilməsi ilə başlayıb. Ardınca ümimmilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərindən orkestr və Mingəçevir Dövlət Universitetinin xor kollektivinin ifasında səsləndirilib. Daha sonra universitetin bayrağı ən yüksək nəticə göstərmiş tələbələrin iştirakı ilə universitetin həyətinə gətirilib.

Bu il ilk dəfə olaraq Mingəçevir Dövlət Universitetinin Himni də tədbirdə səsləndirilib. Himn orkestr və xor kollektivinin ifasında böyük coşqu ilə səsləndirilib. Himn MDU-nun universitet statusu almasının 10 illik yubileyinə həsr olunub.

Tədbiri MDU-nun rektoru Anar Eminov çıxış nitqi ilə açıq elan edib. Rektor ilk olaraq iştirakçıları salamlayaraq Bilik Günü münasibətilə hər kəsi ürəkdən təbrik edib. O, ulu öndər Heydər Əliyevin elm və təhsilə verdiyi dəyəri xatırladaraq, bu ənənənin ölkə başçısının rəhbərliyi altında uğurla davam etdirildiyini, gənclərə və ali təhsilin inkişafına göstərdiyi xüsusi qayğını vurğulayıb.

Rektor diqqətə çatdırıb ki, 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunub. Bu münasibətlə MDU-da da vətənpərvərlik, dövlətçilik və milli dəyərlərin təbliği istiqamətində mütəmadi olaraq müxtəlif tədbirlərin keçirildiyini bildirib. O, həmçinin qeyd edib ki, bu tədris ili xalqımız üçün xüsusi tarixi əhəmiyyət daşıyır - çünki Vətən Müharibəsində qazanılmış şanlı Zəfərin 5 illiyi tamam olur. A.Eminov vurğulayıb ki, bu Zəfər Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla gənc nəslin üzərinə daha böyük məsuliyyət qoyur.

Universitetin inkişafından danışan rektor bildirib ki, 2025/2026-cı tədris ilində MDU-ya rekord sayda tələbə qəbul olunub. Onun sözlərinə görə, bakalavriat səviyyəsi üzrə 1 420 nəfər, magistratura səviyyəsi üzrə 166 nəfər, əlavə təhsil üzrə isə 102 nəfər olmaqla ümumilikdə 1688 nəfər universitetin ailəsinə qoşulub. Qəbul imtahanlarında yüksək nəticə göstərən 20 tələbəyə isə universitetin Elmi Şurasının qərarı ilə birdəfəlik təqaüd ayrılıb.

A.Eminov universitetdə son aylarda həyata keçirilən yeniliklərdən də bəhs edib. O, təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin genişləndirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Rektor qeyd edib ki, yaradılan yeni institutlar, beynəlxalq əməkdaşlıqlar və müxtəlif layihələr tələbələr üçün daha geniş imkanlar açacaq və universitetin ölkənin aparıcı ali təhsil müəssisələrindən birinə çevrilməsinə xidmət edəcək.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında şəhərin ictimai-mədəni həyatında universitetin xüsusi rolunu qeyd edib. O, tələbələri elm və bilik yolunda əzmli olmağa çağıraraq, onların uğurlarının ölkənin inkişafına töhfə verəcəyini bildirib. Başçı həmçinin universitetdə həyata keçirilən yenilikləri yüksək qiymətləndirib və tədris ilində bütün kollektivə uğurlar arzulayıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında gənclərin ölkənin gələcəyi üçün əhəmiyyətindən danışıb. O, təhsil alan gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsini mühüm amil kimi qeyd edib və tələbələrə dövlətin hər zaman onların yanında olduğunu xatırladıb. Deputat tələbələri bilik və bacarıqlarını artırmağa, elm və texnologiyalarda nailiyyətlər qazanmağa çağırıb.

Tədbirdə şəhid Kənan Abdullayevin anası Azadə Abdullayeva çıxış edərək şəhidlərin əziz xatirəsinin daim uca tutulduğunu və gənclərin onların yolunu şərəflə davam etdirəcəyini vurğulayıb. Çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Daha sonra MDU-ya ən yüksək balla, yəni 638.8 balla qəbul olunmuş tələbə Şəbnəm Şirinova səhnəyə dəvət olunaraq MDU-nun tələbə andını səsləndirib. Onun çıxışı universitet ailəsinə yeni qoşulan gənclərin böyük həvəslə qarşılandığını göstərib.

Tədbirin ən önəmli məqamlarından biri qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələrin mükafatlandırılması olub. 2025/2026-cı tədris ilində MDU-ya 500-dən yuxarı bal toplayaraq qəbul olunmuş tələbələr universitetin Elmi Şurasının qərarı ilə mükafatla təltif olunublar. Cari tədris ilində MDU-ya qəbulu olunmuş ən yüksəkballı tələbə 638.8 toplayıb.

Tədbirin sonunda valideynlərin və yeni qəbul olunmuş tələbələrin çıxışları dinlənilib, xoş arzular səsləndirilib.

Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin vokal müəllimi Fərqanə Qasımova "Çırpınırdı Qara dəniz" mahnısını ifa edib və tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

MDU-da böyük təntənə ilə qeyd edilən "Bilik Günü" tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Sentyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri