Icma.az
close
up
RU
Mingəçevir Dövlət Universitetində Gənclər Günü qeyd olunub

Mingəçevir Dövlət Universitetində Gənclər Günü qeyd olunub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mingəçevir, 2 fevral, Vüsalə Cənnətova, AZƏRTAC

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı, Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə Kür Olimpiya Tədris İdman Mərkəzində tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbir çərçivəsində universitet əməkdaşları üçün səhər yeməyi təşkil edilib. Səmimi və xoş ovqatda keçən görüşdə Mingəçevir Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova çıxış edərək, universitetin rektoru Anar Eminovun 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə əməkdaşlara ünvanladığı təbrik mesajını səsləndirib, gənclərin ölkənin ictimai, elmi və sosial həyatındakı rolunu xüsusi vurğulayıb. Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd gənclərin və universitet əməkdaşlarının sağlam həyat tərzinə təşviqi, kollektiv ruhun gücləndirilməsi və Azərbaycan Gəncləri Gününün əlamətdar şəkildə qeyd olunmasıdır.

Görüş zamanı universitetin ictimai həyatında fəallığı ilə seçilən bir qrup gənc əməkdaşa MDU-nun Həmkarlar İttifaqı Komitəsi tərəfindən hədiyyələr təqdim olunub.

Tədbir sonra Kür Olimpiya Tədris İdman Mərkəzinin idman zalında davam etdirilib. Öncədən qeydiyyatdan keçmiş universitet əməkdaşlarından ibarət komandalar arasında voleybol turniri keçirilib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində baş tutan turnirin yekununda “Birlik” komandası I yerə, “Şimşək” komandası II yerə, “Marvel” komandası isə III yerə layiq görülüb. Qalib komandalar diplom və kuboklarla təltif edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:489
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri