Mingəçevir su anbarında zəlzələ olub
Sherg.az-dan əldə olunan məlumata əsasən, Icma.az xəbər verir Mingəçevir su anbarında zəlzələ olub.
Gəncə stansiyasından 41 km şimal-şərqdə Mingəçevir su anbarında noyabrın 26-da zəlzələ qeydə alınıb.
Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Qeyd edilib ki, yerli vaxtla saat 09:43-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.1-ə bərabər olub.
Zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib.
Bu mövzuda digər xəbərlər:
Mingəçevir su anbarında zəlzələ olub
26 Noyabr 2024 11:24
Baxış sayı:48
Mənbə:https://sherg.az