Icma.az
close
up
RU
Onurğanı qorumaq üçün ağır yüklər düzgün şəkildə necə qaldırılmalıdır? Mütəxəssisdən tövsiyə

Onurğanı qorumaq üçün ağır yüklər düzgün şəkildə necə qaldırılmalıdır? Mütəxəssisdən tövsiyə

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Yaş keçdikcə bədən travmalara qarşı daha həssas olur. Toxumaların qan təchizatı azalır, fəqərəarası disklərin möhkəmliyi və elastikliyi azalır. Osteoporoz (sümük toxumasının sıxlığının azalması) riskləri də artır, bəzən fəqərənin sınması üçün sadəcə büdrəmək və ya ağır çanta qaldırmaq kifayət edir".

Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı osteopat həkim Dmitri Simkin xəbərdarlıq edib.

Onun sözlərinə görə yaşlı vaxtda ağırlıqları iki əldə daşımaq lazımdır - bu yükün bədəndə bərabər paylanması üçündür.

"Yükü götürərkən başı həddindən artıq aşağı salmaq olmaz - belə etməklə onurğanın boyun nahiyəsinin aşağı hissəsində fəqərəarası disklərə zədə vura bilərsiniz. Ağırlığı qaldırmadan əvvəl onu ayaqlarınızın arasında qarşınızda yerləşdirin və maksimum yaxınlaşın. Qaldırarkən onurğaya deyil, məhz ayaqlara güc verin. Bel əzələlərində həddindən artıq gərginlikdən qaçmaq vacibdir, çünki sıxılma zamanı onlar onurğanı sıxacaq. Bunun üçün qaldırma zamanı qarın əzələlərini gərməyə çalışın. Bu bədənə əlavə dəstək verəcək və onurğadan artıq yükü götürəcək. Bel korseti istifadə etmək olar. O, beli yükdən azad etməyə kömək edir", - deyə həkim əlavə edib.

Həkim bildirib ki, yaş keçdikcə əksər insanlarda bütün həyat boyu "toplanmış" travmalar, iltihablar, cərrahi müdaxilələr nəticəsində yaranan çoxsaylı birləşdirici toxuma gərginlikləri səbəbindən bədən asimmetriyası müşahidə olunur.

"Bu gərginliklər əzələlərin gərginliyi ilə kompensasiya olunur ki, bu da öz növbəsində onurğaya olan yükü artırır. Ağırlıq qaldırarkən bütün bunlar protruziya, yırtıq və onurğa sütununun sınıqları riskini artırır", - deyə Simkin izah edib.

Mütəxəssis vurğulayıb ki, travma  olanda kəskin ağrı varsa, təcili yardım çağırmaq və sınığı istisna etmək üçün rentgen etdirmək daha yaxşıdır.

"Mülayim ağrı sindromu zamanı isə uzanıb istirahət etməyə çalışın",  - deyə həkim sözlərini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Fevral 2025 04:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri