Icma.az
close
up
RU
Tramp bu rüsumları da kəskin artırır

Tramp bu rüsumları da kəskin artırır

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp fevralın 10-dan ABŞ-yə digər ölkələrdən idxal edilən bütün polad və alüminiuma 25% rüsum tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

“AzPolitika” “Reuters” agentliyinə istinadla xəbər verir ki, Tramp həmçinin fevralın 11 və ya 12-də Amerika mallarına rüsum tətbiq edən ölkələrə qarşı cavab rüsumlarını elan edəcəyini bildirib. Onun sözlərinə görə, bu tədbirlər demək olar ki, dərhal qüvvəyə minəcək.

İlk səlahiyyət müddətində Tramp artıq polad üçün 25%, alüminiuma isə 10% tariflər tətbiq edib, lakin daha sonra ABŞ-nin bəzi ticarət tərəfdaşlarına - Kanada, Meksika və Braziliyaya rüsumsuz ticarət kvotası verdi. “Reuters” xatırladır ki, Trampın varisi Co Bayden də bu kvotaları Böyük Britaniya, Yaponiya və Avropa İttifaqı üçün uzatmışdı.

ABŞ-yə ən böyük polad tədarük edən ölkələr Kanada, Braziliya, Meksika, Cənubi Koreya və Vyetnamdır. Kanada 2024-cü ilin yanvar-noyabr aylarında ümumi idxalın demək olar ki, 80%-ni təşkil edərək, xammal alüminiumun aparıcı ixracatçısı olaraq qalır. Alüminium qırıntıları və ərintilərinin ən böyük tədarükçüsü isə Meksikadır.

Tramp administrasiyası daha əvvəl - 4 fevraldan etibarən Kanada və Meksikadan idxala 25 faiz, Çindən idxala isə 10 faiz rüsum tətbiq etməyi planlaşdırdığını bildirib. Həmin tarixdən bir qədər əvvəl ABŞ, Kanada və Meksika tariflərin tətbiqini təxirə salmaq barədə razılığa gəliblər.

Tramp həmçinin bütün yarımkeçiricilərin və əczaçılıq məhsullarının idxalına tariflər tətbiq etmək niyyətini açıqlayıb. Bundan əlavə, Vaşinqton Avropa İttifaqından gələn bütün mallara 10 faiz rüsum tətbiq etmək imkanını nəzərdən keçirir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Fevral 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri