Mingəçevirdə aprel şəhidinin ailəsi ziyarət edilib Fotolar
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri aprel şəhidlərindən Teymur Qasımovun ailəsini ziyarət edib.
Yeniavaz.com xəbər verir ki, icra başçısı hər bir şəhid ailəsinə yüksək dövlət qayğısının davamlı xarakter daşıdığını bildirib.
“Bununla bağlı Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir”, - deyə başçı bildirib.
Şəhid ailəsinin üzvləri göstərilən daimi dövlət dəstəyinə görə minnətdarlıq ediblər.
Qeyd edək ki, Mingəçevir şəhəri Aprel döyüşlərində 4 şəhid verib. Rahim Tağıyev, Rüstəm Əhmədov, Adil Adilzadə və Teymur Qasımov aprel döyüşlərində qəhrəmanlıq göstərərək öz qanları, canları ilə torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucalıblar.



Esmira Hidayətova, Mingəçevir
Bu mövzuda digər xəbərlər:Vətən müharibəsi şəhidinin məzarı ziyarət olundu FOTOLAR
30 Oktyabr 2025 19:00
Taleh Qaraşov Vətən müharibəsi şəhidinin məzarını ziyarət etdi FOTOLAR
20 Noyabr 2024 17:42
Taleh Qaraşov Vətən müharibəsi şəhidinin məzarını ziyarət edib FOTOLAR
09 Oktyabr 2025 17:10
Mingəçevirdə sexdə yanğın FOTOLAR
14 Dekabr 2024 13:59
UNEC nümayəndələri Mingəçevirdə FOTOLAR
27 Yanvar 2025 11:23
Baxış sayı:162
Bu xəbər 09 Aprel 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















