Mingəçevirdə atasını döyə döyə öldürən şəxsə ağır cəza verildi
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Şəki Ağır Cinayətlər Məhkəməsində atasını döyüb öldürən Vüsal Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, hakim Tural Əfəndiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Nəbiyev 10 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Mingəçevir şəhərində baş verib. 1992-ci il təvəllüdlü Vüsal Nəbiyev narkotik aludəçisi olduğundan atasının evindəki əşyaları satıb narkotik və spirtli içkiyə xərcləyib. Atası isə buna dəfələrlə etiraz edib, etiraza görə isə V.Nəbiyev atasını dəfələrlə döyürmüş.
V.Nəbiyevin atası Heydər Nəbiyev də içki düşkünü imiş. Sonuncu dəfə V.Nəbiyev küçədə atasını küçədə kimdənsə pul aldığı vaxt görüb və onu küçədə döyməyə başlayıb. H.Nəbiyev aldığı xəsarətlərdən ölüb.
Aqil Vəlili
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 07 May 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















