Mingəçevirdə sanitariyagigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər gücləndirilib
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mingəçevirdə ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi və sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, məişət tullantılarının urnalardan kənar yerlərə atılması, tullantıların qalaqlanması, su hövzələrinin çirkləndirilməsi hallarına yol verilməməsi barədə vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb. Edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həmçinin şəhərin bir neçə küçə və prospektində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib. Polisin müşayiəti ilə həmin ərazilərdəki antisanitar vəziyyət aidiyyəti qurumların əməkdaşları tərəfindən aradan qaldırılıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 10 Noyabr 2024 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















