Icma.az
close
up
RU
Mingəçevirdə sovet dövründə istehsal edilmiş 2 “Mercedes”in naməlum taleyi FOTO

Mingəçevirdə sovet dövründə istehsal edilmiş 2 “Mercedes”in naməlum taleyi FOTO

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

1948-ci ildə Frankfurtdakı sərgidə “Daimler” şirkətinin mühəndisləri universal motorlu aqreqatı (Universalmotorgeraеt) təqdim etdilər. Lakin o zaman almanlar düşünmürdülər ki, sonradan qısaca “Unimog” adlandırılacaq maşın 70 il sonra da əhəmiyyətini itirməyəcək.

Avtosfer.az xəbər verir ki, SSRİ kimi geniş ölkədə də bu tip maşınlara ciddi ehtiyac vardı. Məsələ 1968-ci ildə daha da ciddiləşir. 80-ci illərdə isə iş Kreml səviyyəsində müzakirə olunur. Qərara alınılr ki, öyrənmək üçün bir neçə “Unimog” alınsın. SSRİ-yə gətirilən maşınlardan biri NAMİ-də (elmi tədqiqat institutu) sökülüb təhlil edilir və bu məzmunda bir hesabat hazırlanır: bizim nə texnologiyamız, nə avadanlığımız, nə də materiallarımız bu maşını hazırlamağa imkan verir. Bir çarə qalır, o da öz təcrübəmizə əsaslanaraq öz maşınlarımızın əsasında yeni çoxməqsədli texnika yaratmaq. 
Bununla belə, alman maşınından sökülən hissələrin çertyojları tərtib edilir və ən azından bu detallara nümunə kimi baxmaq mümkün olur. Layihə üzərində iş 4 aya tamamlanır. 1986-cı ildə hazır olan texnikaya MAŞ-100 (многоцелевое автомобильное шасси – çoxməqsədli avtomobil şassisi) adı verilir və bütün ittifaq qəzetləri bu barədə yazır.  
Rusiya tarixçiləri və mətbuatı etiraf etməsə də, bir məsələ məlumdur: alman nümunəsi olmadan heç bir yeni texnikanı 4 aya layihələndirmək mümkün olmazdı. Buna görə də hazırlanan maşının ilham və ideya mənbəyi birbaşa olaraq “Mercedes”dir. Elə maşının özü, xüsusən də kabinə 60-cı illərin “Unimog”larına bənzəyir.
Lakin “Unimog”dan fərqli olaraq sovet avtomobili şarnirli dönən şassi ilə təchiz edilir. Eynilə K-701 traktordakı kimi. Sonradan bir qədər  təkmilləşdirilən maşın 155 at gücündə V6 Dizel mühərriki (ЯМЗ-642), 8 pilləli mexaniki ötürmə, oxlararası bloklanma ilə komplektləşdirilir. Yükgötürmə qabiliyyəti 3 ton olan maşının qabaq oxuna 1 tonluq asma avadanlıq quraşdırmaq mümkün idi. Bu avtomobillə yanacaq, su, səpilən yük daşımaq, yol inşaatında istifadə etmək üçün istifadə mümkün idi. Sınaq üçün 1987-ci ildə Moskvanın “ВНИИстройдормаш” zavodunda 2 maşın istehsal edilir.
İndi gəldik məsələnin Azərbaycanla bağlı hissəsinə. 
Maşının istehsal yeri olaraq Mingəçevirin məşhur “Dormaş”ı (Yol İnşaatı Maşınları Zavodu) seçilir. Təchizatçı isə Kutaisi Avtomobil Zavodu seçilir. Çünki şassinin mühərriki və transmissiyası KAZ-la (Kolxida) oxşar idi. 1988-ci ildə “Dormaş”da 2 MAŞ-100 hazırlanır. Sınaq məqsədi ilə maşınlardan biri Mingəçevirdən Moskvayadək yolu problemsiz qət edir. Texnikanın uğurlu alındığı sübuta yetirilir.
1988-ci ildə SSRİ-də baş verən proseslər avtomobilin seriya ilə istehsalının qurulmasına mane oldu. İttifaqın süqutundan sonra isə 70 ildə qurulmuş avtomobil zavodlarının çoxu xarabalığa çevrildi. Əgər nurlar şəhəri sovet vaxtı kifayət qədər yol inşaatı maşını istehsalına nail olmuşdusa da, MAŞ-100 barədə eytni sözləri demək mümkün deyil. Dövr çətin idi. 
Doğrudur, Mingəçevirdə istehsal edilmiş MAŞ-100-lərin taleyi naməlum olsa da, onlar Azərbaycanın avtomobil tarixinin bir hissəsinə çevriliblər. 

PS. 1987-ci il uzaq tarix deyil. Şübhəsiz ki, Mingəçevirdə bu avtomobili görənlər, onun istehsalında iştirak edənlərdən kimlərsə yaşayır. Onların da fikirlərini işıqlandırmağa hazırıq. 

Mingəçevirdə yol texnikası istehsalı ilə bağlı yazı:
https://avtosfer.az/az/oxucu-mektublari/azerbaycan-ssr-in-yol-texnikasi-minqecaurets-214462 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 29 Noyabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see356

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see140

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri