Icma.az
close
up
RU
Mingəçevirdə su təchizatının yaxşılaşdırılması... Foto

Mingəçevirdə su təchizatının yaxşılaşdırılması... Foto

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı”na uyğun olaraq İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti Mingəçevir şəhərində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı, kanalizasiya şəbəkə və qurğularının yenidən qurulması işləri həyata keçirir.

Axar.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mingəçevir şəhər Sukanal İdarəsi əhalini içməli su ilə təmin edir, tullantı suları sutəmizləyici qurğulara ötürülür, yağış sularının idarə olunması işlərini həyata keçirir, o cümlədən qanunsuz birləşmələrə qarşı mübarizə aparır:

“Texniki şərt əsasında abonent qoşulmalarını həyata keçirir, tullantı su, o cümlədən su şəbəkəsində baş verən hər hansı bir qəzanın aradan qaldırılması işlərini görür. Xətlərin yenilənməsi, yeni xətlərin çəkilməsi də Mingəçevir şəhər Sukanal İdarəsinin gördüyü işlərə aiddir”.

İdarə əhali qrupu üzrə 31978 və qeyri-əhali qrupu üzrə 1598 olmaqla, ümumilikdə 33576 abonentə xidmət göstərir. Abonentlərin sayğaclaşma səviyyəsi 97 faiz təşkil edir.

Məhsuldarlığı sutkada 55 min kub metr olan müasir sutəmizləyici qurğu və tutumu 10 min kub metr olan mərkəzi su anbarı tikilərək istismara verilib.

Şəhəri içməli su ilə təmin etmək üçün xam su Mingəçevir Su Anbarından diametri 800 millimetr olan boru xətti ilə sutəmizləyici qurğuya verilir. Sutəmizləyici qurğuda su 28 ədəd qum süzgəcindən keçərək asılı hissəciklərdən təmizlənir və maye xlorla zərərsizləşdirilir. Emal olunmuş su qurğunun nasos stansiyasında quraşdırılmış 200 kilovatlıq 3 ədəd nasos aqreqatı vasitəsilə diametri 820 millimetr olan boru ilə mərkəzi su anbarına ötürülür.

Migəçevir şəhər Sukanal İdarəsinin sahə rəisi Elçin Salmanov Mingəçevir şəhər Sutəmizləyici Qurğular Kompleksi haqqında məlumat verərək qeyd edib ki, gün ərzində saatda 2500 kub su təmizlənib mərkəzi su anbarına ötürülür.

“Su anbardan diametri 1000 millimetrlik boru ilə şəhərə özaxımı vasitəsilə ötürülür. Mingəçevir şəhər Sutəmizləyici Qurğular Kompleksində laboratoriyamız yerləşir. Laboratoriya gün ərzində suyun tərkibini nəzarətdə saxlayır”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu diqqətə çatdırıb ki, Mingəçevir Su Anbarından sutəmizləyici qurğulara daxil olan su orada təmizlənərək +82 Su Anbarına daxil olur:

“Ümumiyyətlə Mingəçevir şəhəri üzrə su şəbəkəsinin uzunluğu 340 kilometrdir. Magistral xətlər 41 kilometr təşkil edir. Küçə və məhəllə daxili xətlər isə 299 kilometrdir. Şəhərə özaxımı ilə verilən su minlik xətlə ötürülür və 5,5 kilovatlıq 2 nasos da fəaliyyət göstərir. Dövlət Proqramı ilə 210 kilometrlik xətt çəkilib. 3 kanalizasiya stansiyası tikilib. Layihədə Çirkab Sutəmizləyici Qurğusunun tikilməsi nəzərdə tutulur ki, bununla bağlı da işlərə başlanılıb. 2 ədəd məhəllə daxili sutəmizləyici qurğu, 8 ədəd kanalizasiya nasos stansiyası var. Bütün bu işlər Mingəçevir şəhər Sukanal İdarəsi tərəfindən həyata keçirilir. 24 saat içməli su ilə şəhər təmin olunur. Bununla yanaşı baş verən qəzaların aradan qaldırılması və qeyri-qanuni qoşulmalar, onlarla mübarizə və yeni abonent xətlərinin texniki şərtə uyğun olaraq çəkilməsi işləri görülür”.

Şəhərin kanalizasiya şəbəkəsinin ümumi uzunluğu 316,6 kilometrdir. O cümlədən, magistral boru xəttlərinin uzunluğu 62,5 kilometr, küçə və məhəllə daxili boru xəttlərinin uzunuğu 254,1 kilometrdir. İdarənin istismarında 2 məhəllə daxili tullantı su təmizləyici qurğu və 8 kanalizasiya nasos stansiyası vardır.

Layihədə həmçinin Xaldan şossesinin yaxınlığında sutkalıq gücü 65000 kubmetr olan yeni Çirkab Sutəmizləyici qurğusunun tikilməsi nəzərdə tutulub. Şəhər ərazisində Texniki şərtə uyğun olaraq yeni qoşulmalar müntəzəm həyata keçirilir.

Mingəçevir şəhər Sukanal İdarəsinin sahə ustası Elnur Ələkbərov məlumat verib ki, Heydər Əliyev prospektində vətəndaşın texniki şərtə uyğun müraciətinə əsasən 63 millimetrlik borudan abonentə 32 millimetrlik boruya çıxış verilir:

“İşlər bitdikdən sonra bu ünvan 24 saat fasiləsiz su ilə təmin olunacaq”.

Mingəçevir şəhər Sukanal idarəsinin həllinə çalışdığı əsas problem su itkilərinin qarşısının alınmasıdır. Cari yarım ilin nəticələrinə görə idarə üzrə su itkisi 54,5% olub. Bəzi abonentlər ikili xətlərdən istifadə edirlər. Son üç ayda belə qanunsuz xətlərlə bağlı 94 cərimə aktı tərtib edilib. Şəhər ərazisində ictimai əsaslarla inşa edilmiş 273 sayda bulaqlara idarə tərəfindən fasiləsiz su verilir. Digər bir məsələ debitor borclarla bağlıdır. Göstərilmiş xidmətlərə görə ödənişlərin təmin edilməsi üçün idarə tərəfindən gündəlik reydlər keçirilir. Su borcu çox olan abonentlərin su təminatı dayandırılır. Ödəniş edildikdən sonra təminat bərpa edilir. Eyni zamanda suyun israf edilməməsi, ödənişlərin vaxtlı-vaxtında edilməsi barədə əhali arasında maarifləndirici xarakterli söhbətlər aparılır.

Hazırda ünvanına baxış keçirilir. Sayğacdan keçməyən diametri 20 millimetr su xətti aşkar olunub. Xətt sayğacdan keçmədən evi su ilə təchiz edir. Bu pozuntu abonent şöbəsinin əməkdaşları tərəfindən ləğv olunub, abonentə cərimə aktı yazılıb.

Mətbuat katibi Ceyhun Musaoğlu son olaraq bildirib ki, xüsusən qızmar yay aylarında su itkisinin qarşısını almaq abonentlərin fasiləsiz su ilə təminatında əsas rol oynayır:

“Çox təəssüf ki, şəhər ərazisində qeyri-qanuni qoşulmalar da var. Gəlin suyumuzu qoruyaq, suyumuzun qayğısına qalaq, suyumuzu indi elə istifadə edək ki, gələcək nəsillərə ötürə bilək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://axar.az
archiveBu xəbər 21 Avqust 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hibrid savaş açan xarici qüvvələr də xurafat aşiqlərindən daha asan istifadə edə bilər”

03 Avqust 2026 17:43see561

Anar Ələkbərovdan 44 PAYLAŞIMI VİDEO

02 Avqust 2026 22:57see341

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

03 Avqust 2026 19:26see296

5 ay əvvəl anasını itirmişdi... Daçnikdə batan Nizamın FOTOsu

03 Avqust 2026 17:28see259

Ukrayna dronları Rusiyada “Wildberries”in iri logistika mərkəzini vurub

03 Avqust 2026 11:17see255

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see233

Sabah Orhus u mübarizədən kənarlaşdırmağı bacarmasa...

03 Avqust 2026 16:36see229

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see213

Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər?

04 Avqust 2026 05:05see209

Dünyanın ən böyük qəhvə istehsalçıları açıqlandı Siyahı

02 Avqust 2026 18:07see204

Baş redaktor: Elçinin Bayramlının həbsinin jurnalist fəaliyyəti ilə əlaqəsi yoxdur

03 Avqust 2026 11:18see202

Tələbə qızı dəm qazından boğulmuşdu 3 il sonra qəzada öldü

03 Avqust 2026 09:56see196

Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib

03 Avqust 2026 05:18see186

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see176

Donald Tramp özünə məxsus qolf klubunda bir gündə iki çempionluq qazandı VİDEO

03 Avqust 2026 01:25see173

Silva: “Mourinyonun rəhbərliyi altında öyrənməyi səbirsizliklə gözləyirəm”

04 Avqust 2026 05:10see166

Vəkil manipulyativ şəxsi dərhal susduran 3 ifadəni açıqladı

04 Avqust 2026 05:05see159

“Yuventus” müdafiəçi transfer edir

04 Avqust 2026 01:24see158

Türkiyə mediası Qardaşlaşmış Qarabağ məktəbləri barədə yazdı

03 Avqust 2026 01:21see154

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

03 Avqust 2026 14:54see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri