Icma.az
close
up
RU
Mingəçevirin su təchizatına baxış keçirildi Video Fotolar

Mingəçevirin su təchizatına baxış keçirildi Video Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının təşkili və keçirilməsi məqsədilə ölkənin müxtəlif şəhərlərində hazırlıq işləri davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, oyunların keçiriləcəyi əsas məkanlardan biri olan Mingəçevir şəhərində infrastruktur layihələrinin icrası və xidmət sahələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi diqqət mərkəzindədir.

Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinə yerində baxış keçirilib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində yaradılan komissiyanın üzvləri və sukanal idarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən baxış zamanı Mingəçevir şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin istismar vəziyyəti, nasos stansiyaları, su anbarları və digər mühüm infrastruktur obyektlərinin mövcud durumu təhlil olunub.

Komissiya üzvləri əvvəlcə Mingəçevir Sukanal İdarəsində texnika və avadanlıqların vəziyyəti ilə yaxından tanış olublar. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətin İdarə Heyətinin sədr müavini, komissiyanın sədri Cavid İsmayılzadə Mingəçevir şəhərinin əhalisi ilə yanaşı, MDB Oyunları çərçivəsində şəhərə gələcək idmançılar, qonaqlar və texniki heyətin su təminatının fasiləsiz və keyfiyyətli şəkildə həyata keçirilməsi üçün görüləcək işlər barədə tapşırıqlarını verib, yarışlar zamanı daha çevik və məsuliyyətli davranmağı tövsiyə edib. Oyunların keçiriləcəyi günlərdə işçilərin hansı qrafiklə çalışacağı dəqiqləşdirilib, sukanal idarəsinin gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyi qeyd olunub.

Sonra komissiya üzvləri Mingəçevir şəhər Sutəmizləyici Qurğular Kompleksinin vəziyyəti ilə tanış olublar. Yarışlar zamanı sutəmizləyici qurğuların, ehtiyat generatorların, nasos və avadanlıqların saz vəziyyətdə olması və hər hansı bir problemin yaranmaması üçün qabaqlayıcı təbirlərin görülməsi istiqamətində tapşırıqlar verilib.

Komissiya üzvləri “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin su təchizatı sisteminə baxış keçirən zaman mərkəzin daxili su şəbəkəsi, anbar tutumları, nasos sistemləri və sanitar texniki qurğular da yoxlanılıb. Bundan əlavə, yarış və təlim məkanlarının yerləşdiyi ərazilərdə tullantı sularının idarəolunması sistemi də araşdırılıb.

Yarışların keçiriləcəyi və iştirakçılar üçün mühüm əhəmiyyət kəsb edən bəzi küçə və prospektlərdə kanalizasiya quyuları, yağış barmaqlıqları, həmçinin yağış sularının axıdılması sistemləri də yoxlanılıb.

Komissiya üzvləri Mingəçevir şəhərində yerləşən Kanalizasiya Nasos Stansiyasında da olublar. Stansiyanın texniki hazırlıq səviyyəsi, nasosların iş rejimi, enerji təminatı və qəza halları zamanı operativ müdaxilə imkanları ətraflı təhlil olunub. Stansiyanın fasiləsiz işləməsi üçün mövcud imkanlar nəzərdən keçirilib və əlavə tədbirlərin görülməsi ilə bağlı müvafiq göstərişlər verilib.








Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri