Icma.az
close
up
RU
Minib düşürmə yeri, yoxsa cərimə məntəqəsi? Ekspert: Sürücülər haqlıdırlar

Minib düşürmə yeri, yoxsa cərimə məntəqəsi? Ekspert: Sürücülər haqlıdırlar

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Paytaxtın Zivər bəy Əhmədbəyov və Salatın Əsgərova küçələrinin kəsişməsində yerləşən minib-düşürmə yerində sürücülər cərimələnir. Səbəb isə bildiriş lövhəsinin avtobus zolağında yerləşdirilməsi və yaxınlıqda qısamüddətli dayanma üçün şəraitin olmamasıdır. Sakinlər və obyekt sahibləri bildirirlər ki, dayanacaq tapmaq mümkün deyil, 3-5 dəqiqəlik dayanma belə kameralar tərəfindən qeydə alınıb cəriməyə səbəb olur.

Avtobus zolağında yerləşən minib-düşürmə yerləri sürücüləri cərimə riski ilə üz-üzə qoyur. Belə hallarda məsuliyyət kimdədir sürücüdə, yoxsa dayanacaq infrastrukturunu düzgün planlaşdırmayan qurumlarda?

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, avtobus zolaqlarında yaradılan məntəqələr, yalnız minib-düşmə üçün nəzərdə tutulub. Onun sözlərinə görə, bu ərazilər dayanma-durma və ya parklanma yeri deyil:

"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu məntəqələr yaradılarkən rəsmi açıqlama verərək bildirmişdi ki, sürücülər həmin ərazidən yalnız üç dəqiqə ərzində istifadə edə bilərlər. Yəni bu, qısa müddətli sərnişin mindirib-düşürmə məntəqəsidir və üç dəqiqə sərnişini mindirib-düşürmək üçün kifayət edir. Hazırda bir çox yeni məntəqələrin yaradılması nəzərdə tutulur və demək olar ki, hər həftə yeni məntəqələr açılır. Ətrafda parklanma yeri məsələsi var, amma sürücülər bunu parklanma yeri ilə səhv salmamalıdırlar. Bu məntəqələr sadəcə avtobus zolağında sərnişin mindirib-düşürmək üçün nəzərdə tutulub. Əvvəllər avtobus zolağına girildikdə 100 manat, zolağın yanında saxlandıqda isə 80 manat cərimə tətbiq olunurdu. İndi isə bu məntəqələrdə qısa müddətə sərnişin mindirilməsi və ya düşürülməsi üçün şərait yaradılıb. Lakin yaxınlıqda parklanma yeri yoxdursa, həmin məntəqədə maşın saxlamaq düzgün deyil, çünki bu məntəqələr müvəqqəti, qısa müddətli istifadəyə yönəlib".

Ekspertin fikrincə, sürücülər haqlıdırlar, çünki yaxınlıqda parklanma yerləri olmalıdır.

"Hələlik əgər parklanma yeri yoxdursa, minib-düşürmə məntəqəsində maşın park etmək olmaz. Belə ki, söhbət mərkəzi ərazilərdən gedir. Azərbaycanda, xüsusilə də Bakı şəhərindəki nəqliyyat siyasəti, vətəndaşları avtomobilləri ilə şəhərin mərkəzinə daxil olmamağa təşviq edir. Bu siyasətə uyğun olaraq, maşınlar ətraf ərazilərdə, daha aşağı qiymətə və ya pulsuz parklanma yerlərində saxlanılmalı, şəhər mərkəzinə isə ictimai nəqliyyatla gəlinməlidir. Bugünkü nəqliyyat siyasəti buna yönəlib. Doğru və ya yanlış olmasından asılı olmayaraq, biz bu siyasətə uyğun hərəkət etməliyik. Əks halda, cərimələrdən və ya əlavə xərclərdən qaça bilmərik", - deyə Elməddin Muradlı vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 Oktyabr 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri