Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Parlamentari: “Şuşada, Xankəndidə və Xocalıda dalğalanan bayrağımız əbədi olacaq”

Sürücülər normal yuxu rejimindən sonra yola çıxmalıdır EKSPERT

Sürücülər normal yuxu rejimindən sonra yola çıxmalıdır EKSPERT

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mövcud qaydalara əsasən, dörd saatdan artıq fasiləsiz avtomobil idarə etmək qadağandır

 "Yay tətili və ya mövsümlə əlaqədar həftəsonları istirahət etmək üçün paytaxtdan respublikamızın digər şəhər və rayonlarına üz tutanların sayında artım müşahidə olunur. Təəssüf ki, yollarda ani diqqətsizlik əksər hallarda ağır faciələrlə nəticələnən qəzalara səbəb ola bilir". 

Bu fikirlər Daxili İşlər Nazirliyinin (DİN) sürücülərə müraciətində yer alıb.

"Ona görə də risklərdən sığortalanmaq, bədbəxt hadisələrin qarşısını almaq üçün sizi aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyə çağırırıq:

- səfərə çıxmazdan öncə avtomobilin texniki sazlığını yoxlayın;

- sərxoş vəziyyətdə sükan arxasına əyləşməyin;

- təhlükəsizlik kəmərindən istifadə edin;

- ⁠sürət həddini aşmayın;

- sürət həddini yolun növünə və hava şəraitə uyğun seçin;

- qarşıda hərəkət edən maşınla ara məsafəsinə diqqət edin;

- ötmə qaydalarına uyğun davranın;

- telefon istifadəsi və diqqət yayındıran bütün nüanslardan çəkinin;

- ⁠mümkünsə günün erkən saatlarında yola çıxın.

Hər zaman iki seçim var: Ya yol hərəkəti qaydalarına əməl etməklə sağ-salamat mənzil başına çatırsınız, ya da qaydalara biganə yanaşmaqla son mənzilə yaxınlaşırsınız. Unutmayaq ki, qəzalar təsadüfi yox, sürücü səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində baş verir. Özünüzün və sevdiklərinizin mənzil başına sağ-salamat çatması üçün sükan sizin əlinizdədir. Yol hərəkəti və təhlükəsizlik qaydalarına əməl et, həyatını təhlükəyə atma!" - müraciətdə qeyd edilib.


Nəqliyyat eksperti Elməddin Muradlı “Sherg.az”a bildirib ki, bu müraciətlər əsassız deyil:


“Vaxtında planlaşdırılmayan səfərlər çox hallarda yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Burada istər avtomobilin texniki vəziyyəti, istər sürücünün sağlamlıq durumu, istərsə də iş və istirahət rejimi mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, bəzi sürücülər bu məsələlərə səthi yanaşaraq diqqətsizlik göstərirlər. Uzaq məsafəli səfərlərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi zəruridir. Bu, mühüm təhlükəsizlik tələblərindən biridir. Sürücülər normal yuxu rejiminə əməl etməli, kifayət qədər istirahət etdikdən sonra yola çıxmalı, səfər zamanı isə müəyyən məsafələrdən sonra fasilə verməlidirlər. Mövcud qaydalara əsasən, dörd saatdan artıq fasiləsiz avtomobil idarə etmək qadağandır. Beynəlxalq təcrübədə isə bu müddət təxminən iki saat olaraq müəyyənləşdirilir, çünki iki saatdan artıq fasiləsiz hərəkət təhlükəli nəticələr yarada bilər. Rayon yollarının vəziyyəti əksər hallarda risklidir. Bir sıra yollar işıqlandırılmamış, nişanlanma və xətlənmə tələblərə uyğun deyil. Rayonların bir çoxunda svetoforla kəsişən yolayrıcılarında qayda pozuntuları müşahidə olunur, bəzi yerlərdə svetoforlar mövcud deyil, xətlənmə işləri isə düzgün aparılmayıb.Bu hallar, eləcə də yol təsərrüfatının ümumi vəziyyəti narahatlıq doğurur. Hamar olmayan, çökəkli, işıqlandırılmamış, nişanlanması qaydasında olmayan yollar ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb olur. Buna görə də məsələ kompleks şəkildə həll edilməlidir. “Yol hərəkəti haqqında” Qanunun 7-ci maddəsinə əsasən, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində dövlətin məsuliyyəti, vətəndaşın məsuliyyətindən qat-qat artıqdır. Bu məsuliyyət sahəyə cavabdeh dövlət qurumlarının üzərinə düşür və həmin qurumlar birgə fəaliyyət göstərərək mövcud təhlükələri aradan qaldırmalı, vətəndaşlara təhlükəsiz yol və hərəkət şəraiti təmin etməlidirlər. Dövlət iqtisadi maraqları vətəndaşın həyatından üstün tuta bilməz. Yol hərəkəti təhlükəsizliyi sahəsində hər hansı layihənin iqtisadi baxımdan “ziyanlı” hesab edilməsi,  insanların həyatına təhlükə yaratması yolverilməzdir. Qanunun 7-ci maddəsində bu prinsip açıq şəkildə qeyd olunub və həmin müddəanın pozulması ciddi məsuliyyət doğurur. Qəbul edilmiş qanunlara əməl edildiyi təqdirdə ağır yol-nəqliyyat hadisələrinin qarşısını almaq mümkündür”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see422

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see268

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see253

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see241

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see213

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see207

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see203

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see184

Parlamentari: “Şuşada, Xankəndidə və Xocalıda dalğalanan bayrağımız əbədi olacaq”

27 Sentyabr 2026 14:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri