Icma.az
close
up
RU
Minimum əmək haqqı 450 manat ola bilər

Minimum əmək haqqı 450 manat ola bilər

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2027-ci ildən Azərbaycanda minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin artırılması gözlənilir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında səsləndirdiyi bu mesajdan sonra əsas müzakirə mövzularından biri artımların hansı həddə olacağıdır. Xüsusilə minimum əməkhaqqının nə qədər qaldırılacaqğı, pensiya və müavinətlərin hansı faizlə artırılacağı, eləcə də yeni sosial paketin neçə vətəndaşı əhatə edəcəyi diqqət çəkir. 

Modern.az-a açıqlamsında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, son illərdə həyata keçirilən sosial paketlər dövlətin sosial siyasətinin ardıcıl xarakter daşıdığını göstərir:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini sosial siyasət təşkil edir. Bu baxımdan, 2018-ci ildən etibarən ölkəmizdə 4 milyon insanı əhatə edən və ümumilikdə 8 milyard manat maliyyə tutumuna malik 5 sosial paketin icra olunması dövlətin sosial siyasətinin ardıcıl və davamlı xarakter daşıdığını bir daha göstərir. Həyata keçirilən sosial paketlər çərçivəsində minimum əməkhaqqı 3 dəfə artırılaraq 130 manatdan 400 manata, minimum pensiya isə 2,8 dəfə artırılaraq 110 manatdan 320 manata çatdırılıb. Eyni zamanda, orta aylıq əməkhaqqı 2 dəfə, sosial müavinət və təqaüdlər isə 5 dəfəyədək artırılıb. Bu göstəricilər son illərdə əhalinin sosial təminatının gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını göstərir”.

Deputat qeyd edib ki, oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayında Prezident İlham Əliyevin 2027-ci ildən minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin artırılacağı ilə bağlı fikirləri növbəti sosial addımların gözlənildiyini göstərir:

“2027-ci ildə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni addımların atılacağı gözləniləndir. İlkin proqnozlara görə, 2027-ci ilin dövlət büdcəsində sosial xərclərin payı 44 faiz təşkil edəcək. Bu isə növbəti sosial təşəbbüslərin və yeni sosial paketin həyata keçirilməsi üçün mühüm maliyyə imkanlarının formalaşmasına şərait yaradacaq. Minimum əməkhaqqının, yaşayış minimumunun, pensiyaların və sosial müavinətlərin konkret hansı həddə artırılacağı isə 2027-ci ilin dövlət büdcəsi və müvafiq sosial-iqtisadi göstəricilər əsasında müəyyənləşəcək”.

A.Badamov vurğulayıb ki, xüsusilə həssas qrupların sosial təminatının daha da gücləndirilməsi istiqamətində müəyyən artımlar gözlənilir:

“2027-ci ildə sosial müdafiəyə ehtiyacı olan insanların təminatlarının daha da yaxşılaşdırılacağını söyləmək mümkündür. Xüsusilə əlilliyə görə, uşağın doğulması ilə bağlı və digər sosial istiqamətlər üzrə ödənilən müavinətlərin də artırılmasına gözləntilər var. Burada əsas məqsəd əhalinin gəlirlərinin artırılması ilə yanaşı, həssas qrupların sosial müdafiəsinin daha da gücləndirilməsidir”.

Milli Məclisin İqtisdi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə qeyd edib ki, minimum əmək haqqının nə qədər artacağı hökumətin apardığı fiskal qiymətləndirməsindən asılı olacaq:

"YAP-ın qurultayında cənab Prezident tərəfindən qeyd olunan strateji məqamlardan biri də yeni sosial paketin reallaşacğı barədədir. Ölkə başçısı 2027-ci ildə minimum əmək haqqının artacağını elan etdi. Bu o deməkdir ki, Azərbaycan 2027-ci ildə yeni sosial paketin icrasına başlayacaq. Bütövlükdə minimum əmək haqqının nə qədər artacağı hökumətin apardığı fiskal qiymətləndirməsindən asılı olacaq. Büdcə paketi layihəsi ilə birlikdə bu istiqamətdə hökumət tərəfindən artım faizi də təqdim olunacaq".

V.Bayramov minimum əmək haqqı ilə bağlı mövcud təkliflərdən söhbət açıb:

"İndiki halda təklifimiz ondan ibarətdir ki, 2025-ci ildə minimum əmək haqqında ediləcək artım inflyasiya səviyyəsi nəzərə alınmaqla edilsin. Yəni artım qeydə alınan inflyasiya səviyyəsindən artıq olsun. Bu da minimum əmək haqqının artımının reallığının qorunub saxlanılması baxımdan vacibdir. Gözləntilər bu istiqamətdədir".

İqtisadçı deputat 2027-ci ilin iqtisadi baxımdan stabil olacağının gözlənildiyini deyib:

"Eyni zamanda fiksal baxımdan da dayanıqlılıq qorunub saxlanılacaq. Çünki 2027-ci il dövlət büdcəsindən bütövlükdə sosial istiqamətə 18 milyard manatdan çox vəsaitin ayrılması nəzərdə tutulub. Bu da büdcə xərclərinin 44 faizidir. Məhz bu vəsait əhalimizin sosial rifahının gücləndirilməsinə xidmət etmiş olacaq. Növbəti sosial paketin 3 milyona yaxın vətəndaşımızı əhatə edəcəyi də gözlənilir".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov isə qeyd edib ki, minimum əmək haqqının 450 manata qalxacağı istisna deyil:

"Prezident cənab İlham Əliyev YAP-ın VIII qurultayında proqram xarakterli çıxış etdi. Bu çıxışında müxtəlif məsələlərlə bağlı öz mövqeyini açıqladı, strateji əhəmiyyətli fikirlər səsləndirdi. Prezident öz çıxışında sosial məsələlərə də xüsusi diqqət ayırdı. Qeyd etdi ki, 2027-ci ildə minimum əmək haqqı, maaşlar, sosial müavinətlər artırılacaq. Ölkəmizdə minimum əmək haqqı 400 manatdır. Artımın nə qədər olacağını dəqiq deyə bilmərəm, ancaq məbləğin 450 manata qaldırılması istisna deyil".

Parlamentari bununla yanaşı, müavinətlərin, uşaq doğumuna, əlilliyə görə ödənişlərin artırılmasının da gözlənildiyini söyləyib:

"Bu vəzifələrin icrası üçün lazımı siyasi iradə və maliyyə imkanları var. Azərbaycanın ÜDM-i 80 milyard dollara gəlib çatır. Eyni zamanda ÜDM-də 1,2 % artım var. Qeyri-neft sektorunda 2,1% artım var. Ən əsası xarici valyuta ehtiyatı 90 milyard dolları ötüb, bu da bizim xarici borcumuzdan təxminən 20 dəfə çoxdur".

E.Nəsirov 2027-ci ildə sosial məsələlərin həlli üçün daha inamlı addımların atılacağını vurğulayıb:

"2026-cı ilin büdcəsində xərclər 41,7 milyard manatdır. Büdcə xərclərinin böyük bir qismi, təxminən 41-42%-i sosialyönümlüdür. Ona görə də növbəti büdcəyə daha böyük diqqət ayırılacağı istisna deyil. 2027-ci il əhalinin sosial rifah məsələlərində daha yaxşı nəticələr hasil ola bilər. 2027-ci il sosial problemlərin həlli baxımından daha uğurlu il kimi tarixə düşə bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Oktyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri