Icma.az
close
up
RU
“Mining Review Afrika” nəşrində “AzerGold”un layihəsi ilə bağlı məqalə dərc olunub

“Mining Review Afrika” nəşrində “AzerGold”un layihəsi ilə bağlı məqalə dərc olunub

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cənubi Afrika Respublikasının dağ-mədən sahəsi üzrə ixtisaslaşmış nüfuzlu “Mining Review Afrika” nəşrinin onlayn resursu – “miningreview.com” veb-səhifəsində “AzerGold” QSC-nin “Ortakənd” qızıl mədəni layihəsi ilə bağlı geniş məqalə dərc olunub. 

“AzerGold” QSC-nin Geoloji kəşfiyyat şöbəsinin Coğrafi informasiya sistemləri sektorunun müdiri Ələsgər Məmmədovun müəllifi olduğu məqalədə 2018-ci ildə “AzerGold” QSC-nin geoloqları tərəfindən Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həyata keçirilən geoloji axtarış işləri nəticəsində kəşf olunan “Ortakənd” qızıl yatağının geoloji tədqiqi çərçivəsində kəşfiyyat, geoloji modelləşdirmə, resursların qiymətləndirilməsi, mədən dizaynı və optimallaşdırılması üçün qabaqcıl alətlər təklif edən  proqram həllindən istifadə edildiyi qeyd olunub. Vurğulanıb ki, dağ-mədən sahəsində innnovativ texnologiyalardan geniş istifadə edən “AzerGold” QSC-nin geoloji tədqiqatlarda tətbiq etdiyi proqram təminatı daha qısa müddət ərzində kəşfiyyat nəticələrinin əldə edilməsinə imkan verir.

Məqalədə “Ortakənd” qızıl yatağının istismarına hazırlıq işləri barədə də məlumat verilib, qarşıdakı illərdə açıq karxana üsulu ilə hasilat işlərinə başlanılmasının planlaşdırıldığı diqqətə çatdırılıb.

Xatırladaq ki, “Ortakənd” qızıl yatağı Naxçıvan Muxtar Respublikasında istismara verilməsi nəzərdə tutulan ilk qızıl yatağıdır. Yatağın yerin təkində qızıl ehtiyatı 542 min unsiya hesablanıb. Hazırda aşkarlanmış qızıl ehtiyatlarının geoloji-iqtisadi qiymətləndirilməsi, səmərəli hasilat və emal texnologiyasının müəyyənləşdirilməsi, həmçinin yatağın çıxarılabilən və satılabilən metal həcmlərinin hesablanması istiqamətində işlər davam etdirilir.

Yatağın istifadəyə verilməsi bölgədə iqtisadi aktivliyin artırılması, sosial inkişafa, yeni iş yerlərinin yaradılmasına mühüm töhfələrini verəcək.

Qeyd edək ki, “Mining Review Afrika” jurnalı və veb-səhifəsi Afrikanın mədənçıxarma sənayesinə dair xəbərlər, elmi araşdırmalar və məlumat mübadiləsi platformasıdır. Jurnal mədən sənayesi üzrə nüfuzlu şirkətlərin rəhbər şəxsləri də daxil olmaqla, 50 mindən çox oxucu auditoriyasına malikdir. 

Sözügedən məqalə ilə tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

“Miningreview.com” – //www.miningreview.com/gold/azergold-shares-ggis-micromine-origin-beyond-experience/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Noyabr 2024 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri