Icma.az
close
up
RU
“AzerGold”un rəhbərliyi “Boston Consulting Group”un regional direktoru ilə görüşüb

“AzerGold”un rəhbərliyi “Boston Consulting Group”un regional direktoru ilə görüşüb

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Boston Consulting Group”un (BCG) İdarəedici direktor və Baş partnyoru, eləcə də BCG-nin Avropa, Yaxın Şərq, Cənubi Amerika və Afrika üzrə rəhbəri Matias Tauber ilə görüş keçirib.

“AzerGold”dan “APA-Economics”ə verilən məlumata görə, Zakir İbrahimov Cəmiyyətin fəaliyyət istiqamətləri, son illərdə əldə olunan əsas nəticələr və qarşıya qoyulan strateji məqsədlər barədə ətraflı məlumat verib. O, “AzerGold” QSC ilə BCG arasında həyata keçirilən birgə layihələrin nəticələrinin, beynəlxalq ekspertlərin iştirakı ilə aparılan təhlil və qiymətləndirmələrin şirkətin fəaliyyətinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiyini vurğulayıb.

İdarə Heyətinin sədri, həmçinin “AzerGold”un əməliyyatlarının yerli qanunvericiliyə və beynəlxalq ekoloji standartlara uyğun şəkildə təşkil edilməsi, müasir texnologiyaların tətbiqi və istehsalatın qlobal bazar çağırışlarına uyğunlaşdırılması istiqamətində görülən tədbirlər barədə danışıb.

Öz növbəsində Matias Tauber Azərbaycanda dağ-mədən sənayesinin neft-qaz sektoruna nisbətən daha yeni istiqamət olmasına baxmayaraq, “AzerGold” QSC-nin qısa müddətdə bu sahədə əldə etdiyi mühüm nailiyyətləri yüksək qiymətləndirib. O, Cəmiyyətin yeni əlvan və qara metal yataqlarının istismarında beynəlxalq standartlar və ekoloji tələblərin tətbiqinə xüsusi önəm verməsini region miqyasında qabaqcıl təcrübə nümunəsi kimi dəyərləndirib.

Görüşdə tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin dərinləşdirilməsi və birgə təşəbbüslərin gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 Oktyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri