Icma.az
close
up
RU
Minlərlə insanı əhatə edəcək genişmiqyaslı akt...

Minlərlə insanı əhatə edəcək genişmiqyaslı akt...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Yeni amnistiya təşəbbüsü: humanizm siyasətində növbəti yaddaqalan mərhələ

Humanizm ideyası hər bir cəmiyyətin mənəvi sütunlarını formalaşdıran, insan hüquq və azadlıqlarını ali dəyər kimi qəbul edən universal prinsipdir. Dövlətin gücü yalnız iqtisadi və hərbi potensialı ilə deyil, eyni zamanda vətəndaşına münasibəti, onun taleyinə göstərdiyi diqqət və mərhəmətlə ölçülür. Bu baxımdan əfv sərəncamları və amnistiya aktları dövlət-vətəndaş münasibətlərində humanizm göstəricisinin ən parlaq təzahürlərindən biri kimi çıxış edir. Cinayət törətmiş, lakin cəmiyyətə yenidən inteqrasiya olunmaq, səhvindən nəticə çıxarmaq imkanı qazanmış şəxslərə ikinci şansın verilməsi hüquqi dövlət anlayışının mühüm tərkib hissəsidir.

Ulu öndərin əsasını qoyduğu siyasi xətt...

Bu ali dəyər ölkəmizdə də ən yüksək formada öz təzahürünü tapıb - eyni zamanda, Azərbaycanda humanizmə söykənən bu yanaşma təsadüfi xarakter daşımır, sistemli və ardıcıl dövlət siyasətinin nəticəsi kimi qəbul olunur. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasi xətt hüquqi islahatların, demokratik institutların formalaşmasının və insan amilinin ön plana çəkilməsinin əsas ideoloji dayaqlarından biri olub. Ümummilli Liderin təşəbbüsü ilə ölkədə əfv və amnistiya institutları humanist mahiyyət kəsb edərək, cəza siyasətində sərtliklə mərhəmət arasında tarazlığın qorunmasına xidmət edib. Bu ənənə cəmiyyətin sağlamlaşmasına, sosial ədalətin və hüquqi bərabərliyin təmin olunmasına mühüm töhfələr verib. Xatırladaq ki, müstəqil Azərbaycanın dövlət siyasətində humanizm ənənəsinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. 1995-ci ildə ölkəmizdə amnistiya institutu məhz Onun təşəbbüsü ilə təsis edilib və Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyası yaradılıb. Bütövlükdə, 1995-2003-cü illərdə respublikamızda Heydər Əliyevin siyasi iradəsi əsasında 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanıb. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib.

71 əfv sərəncamı və fərmanı, 12 amnistiya aktı...

Azərbaycanın inkişafının bütün mərhələlərində əfv sərəncamları və amnistiya aktları təkcə hüquqi sənəd deyil, eyni zamanda dövlətin vətəndaşa olan etimadının, insan ləyaqətinə verdiyi dəyərin ifadəsi kimi qəbul olunub. Bu addımlar cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin yenidən cəmiyyətə qazandırılması, ailə institutunun möhkəmləndirilməsi və sosial gərginliyin azaldılması baxımından da xüsusi əhəmiyyət daşıyır.

Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasətində humanizm ənənəsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müxtəlif tarixi günlər və əlamətdar hadisələr ərəfəsində imzalanan əfv sərəncamları, Milli Məclis tərəfindən qəbul olunan amnistiya aktları Azərbaycanın hüquqi, demokratik və humanist dövlət olduğunu bir daha təsdiqləyir. Bu siyasət göstərir ki, Azərbaycan dövləti üçün insan amili hər zaman prioritetdir və humanizm prinsipi milli dövlətçilik fəlsəfəsinin ayrılmaz hissəsi olaraq qalır. Ümumiyyətlə, müstəqillik dövründə respublikamızda 71 əfv sərəncamı və fərmanı, eləcə də 12 amnistiya aktı nəticəsində 10 minlərlə insan azadlığa qovuşub. Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezident Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməldir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib.

Sonuncu Əfv Sərəncamı bu ilin mayında, 28 May - Müstəqillik Günü  ərəfəsində imzalanıb. Prezident İlham Əliyevin 26 may 2025-ci il tarixində “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” növbəti Sərəncamına əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib. Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.

Ən böyük amnistiya...

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə növbəti humanizm nümunəsi ortaya qoyub. Son günlərini yaşadığımız 2025-ci il Azərbaycan tarixinin ən parlaq, ən yaddaqalan dövrlərindən birinə çevrilib. Bu il Vətən müharibəsində əldə edilən Zəfər nəticəsində suverenliyimizin bərpasının beşinci ildönümünü yaşayırıq. Məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Zəfər və lokal xarakterli antiterror əməliyyatı nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edildi. Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Qeyd edək ki, amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Əfvin amnistiya ilə fərqi...

Amnistiya və əfvetmənin tətbiqi Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndinə görə, əfvetmə səlahiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur. Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 19-cu bəndinə uyğun olaraq, amnistiya məsələlərinin həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Amnistiya aktı ilə belə şəxslər əlavə cəzadan da azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu da götürülə bilər.

CM-in 82-ci maddəsinə görə, əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər. Paralel olaraq belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənə bilər. Əfvetmə aktı ilə də cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər. Əfvetmə aktı ilə amnistiya aktı arasında fərqə gəldikdə isə, Əfvetmə aktı amnistiyadan fərqli olaraq normativ xarakterli deyildir. Əfvetmə konkret hallar üzrə tətbiq edilən aktdır. Eyni zamanda, Əfvetmə aktı məlum şəxslər barəsində tətbiq edildiyi halda, amnistiya fərdən qeyri-müəyyən məhkumlar barəsində tətbiq edilir. Hər iki akt birdəfəlik tətbiqetmə üçün nəzərdə tutulsa da, əfvetmə yalnız qanuni qüvvəyə minmiş hökm əsasında məhkum edilmiş şəxslərə münasibətdə, amnistiya aktı isə cinayət prosesinin istənilən mərhələsində tətbiq edilə bilər, yəni şəxsi məsuliyyətdən və cəzadan azad edə bilər.

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Dekabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri