Icma.az
close
up
RU
Minlərlə sakinin ortaq parkinq problemi Kim daha çox pul verirsə, ona satırlar

Minlərlə sakinin ortaq parkinq problemi Kim daha çox pul verirsə, ona satırlar

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Bakıda yeni inşa olunan binalarda yaşayan sakinlər arasında ən çox səslənən narazılıqlardan biri parkinq problemi ilə bağlıdır. Müasir görünüşlü, göz oxşayan binalar ilk baxışdan rahat görünsə də, bu yaşayış komplekslərində avtomobil saxlamaq demək olar ki, mümkünsüzdür. Hətta, əksər yeni tikililərdə sakinlərin avtomobilləri həyətə buraxılmır.

Binalarda təklif olunan alternativ variant yeraltı qarajlardır. Lakin qaraj yerlərinin sayı az, qiymətlər isə "fantastik" səviyyədədir. Üstəlik, qarajı almaq istədikdə, evin qiymətinə bərabər pul ödəsən də, sənəd verilmir.

Bəs bu problemdən çıxış yolu nədir?

FED.az xəbər verir ki, inşaat eksperti Elnur Azadov deyir ki, ciddi normativ tələblər olmadığı üçün tikinti şirkətləri bu məsələni fərdi şəkildə həll edirlər: "Yaşayış komplekslərində qarajların satılması, yaxud icarəyə verilməsi şirkətin qərarından asılıdır. Adətən qaraj yerləri mənzil sayına uyğun deyil, ən yaxşı halda onun yarısı qədər olur. Çünki yeraltı qarajların inşası xeyli investisiya tələb edir".

E.Azadov vurğulayır ki, bəzi tikinti şirkətləri satış üçün nəzərdə tutulan qarajların alıcısının az olduğunu bildiyi üçün, ümumiyyətlə böyük qaraj tikmir: "Yəni gələcəkdə parklanma probleminin yaranacağı əvvəlcədən düşünülmür. Şirkətlər əsasən öz xərclərini və qazanc balansını qorumağa çalışırlar".

"Kim daha çox pul verirsə, ona satırlar"

Mütəxəssisin sözlərinə görə, bəzən layihələndirmə işini sırf memarlar özləri həyata keçirir: "Onlar bu sahədə texniki imkanları tam bilmədiklərinə görə qərarları öz düşüncələrinə əsasən verirlər. Nəticədə binalar təhvil verildikdən sonra qaraj və parklanma problemləri üzə çıxır. Tikinti şirkətləri bu vəziyyətdən sui-istifadə edirlər. Qaraj yerləri məhdud olduğuna görə, şirkətlər onları kim daha çox pul təklif edirsə, həmin şəxsə satır və ya icarəyə verirlər".

"Mənzil alarkən müqaviləyə diqqət edin"

Ekspert əlavə edib ki, tikinti şirkətləri bazarda iki hüquqi statusda - MTK və MMC kimi fəaliyyət göstərirlər. Əgər bina MTK statusu ilə inşa olunubsa, binanın bütün hissələri MTK-nın balansına daxildir və vətəndaşların bu işlərdə iştirak və nəzarət hüququ var. Amma bina MMC statusu ilə inşa olunubsa, qaraj sahələri hüquqi olaraq şirkətin balansında qalır və satış, icarə, istifadə qaydalarını şirkətin özü müəyyənləşdirir: "Vətəndaşlar mənzil alarkən müqaviləyə xüsusi diqqət yetirməlidirlər. Müqavilədə qaraj yerlərinin statusu, yəni icarə, satış və ya ümumi istifadəyə açıq olub-olmaması qeyd edilməlidir. Əks halda sakinlər sonradan ciddi problemlərlə üzləşirlər".

Qaraj yerləri hüquqi baxımdan necə rəsmiləşdirilməlidir?

Hüquqşünas Sabir Qəniyev deyir ki, çoxmənzilli yaşayış binalarının zirzəmi və qaraj sahələrinin hüquqi statusu binanın layihəsində həmin sahələrin necə nəzərdə tutulmasından asılıdır: "Əsas qayda odur ki, əgər qaraj sahəsi yaşayış binasının ümumi sahəsinə aid edilibsə, bina sakinlərinin ümumi paylı mülkiyyətində olmalıdır. Belə ümumi əmlak özəlləşdirilə və ya özgəninkiləşdirilə bilməz, yəni ayrı-ayrılıqda kimsənin adına çıxarış alınıb xüsusi mülkiyyət kimi rəsmiləşdirilə bilməz".

"Qaraj alarkən bu sənədlər tələb edilməlidir"

Hüquqşünas bildirir ki, əgər binanın layihəsində zirzəmi sahəsi "qeyri-yaşayış sahəsi" kimi ayrılıbsa, yəni şirkət həmin sahəni ayrıca obyekt kimi sənədləşdiribsə, onda vəziyyət fərqlidir: "Yəni layihədə texniki zirzəmi əvəzinə qeyri-yaşayış sahəsi nəzərdə tutulubsa, bu sahə üzrə çıxarış tikinti şirkətinin adına ola bilir. Belə rəsmiləşdirmə o deməkdir ki, qaraj yerləri binanın ümumi əmlakına daxil deyil, inşa edən hüquqi şəxsə məxsus ayrı mülkiyyət obyektidir. Bu halda şirkət həmin sahəni sonradan satmaq və ya icarəyə vermək üçün hüquqi baza əldə edir. Qanunvericilik baxımından sakinlər üçün ən etibarlı variant birincisidir, çünki ümumi əmlak toxunulmaz sayılır, lakin ikinci halda şirkət qarajı öz xüsusi mülkiyyəti kimi satmaq hüququ qazanır. Qaraj yeri alan şəxs satıcıdan mülkiyyət hüququ sənədi (çıxarış və ya texniki pasport), notarial alqı-satqı müqaviləsi, əgər mövcuddursa, qarajın plan-ölçüsünü göstərən texniki sənədləri tələb etməlidir".

"Yüksək məbləğlər hüquqi cəhətdən qanunsuz deyil"

Sakinlərin növbəti iddiası tikinti şirkətlərinin qaraj yerlərinin satış qiymətini istədikləri kimi müəyyən etməsidir. Hüquqşünas bildirir ki, qanunvericilik tikinti şirkətinin qaraj yerlərinə hər hansı qiymət tarifləri müəyyən etmir: "Yəni qaraj yerləri də digər daşınmaz əmlak kimi bazar prinsipləri ilə satılır, qiymət satıcı ilə alıcının razılaşmasına bağlıdır. Dövlət qurumlarının mənzillərin və ya qarajların satış qiymətinə birbaşa müdaxilə səlahiyyəti yoxdur. Praktikada da görürük ki, tikinti şirkətləri qaraj yerlərini kifayət qədər yüksək qiymətlərə təklif edirlər. Yüksək məbləğlər hüquqi cəhətdən qanunsuz deyil, çünki bu, şirkətlə alıcı arasındakı özəl mülki hüquqi razılaşmadır".

Hər mənzilə bir qaraj ayrılmalıdır?

Hüquqşünas vurğulayır ki, qanunvericiliyin tələbinə görə, yeni çoxmənzilli yaşayış binasının layihəsində hər mənzilə ən azı bir avtomobilin park olunması üçün yer ayrılmalıdır: "Bu norma icbari xarakter daşıyır və tikinti ekspertizası, icazə verən orqanlar layihələrdə bu cəhəti yoxlayırlar. Əgər yaşayış binasının layihəsində müvafiq parkinq sahəsi ayrılmayıbsa, bu, şəhərsalma norma və qaydalarının pozulması deməkdir".

Kaspi.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri