Icma.az
close
up
RU
Yeni binalarda qaraj xaosu: Minlərlə sakinin ortaq parkinq PROBLEMİ

Yeni binalarda qaraj xaosu: Minlərlə sakinin ortaq parkinq PROBLEMİ

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtda yeni inşa olunan binalarda yaşayan sakinlər arasında ən çox səslənən narazılıqlardan biri parkinq problemidir. Müasir görünüşlü, göz oxşayan binalar ilk baxışdan rahat görünsə də, bu yaşayış komplekslərində avtomobil saxlamaq demək olar ki, mümkünsüzdür. Əksər yeni tikililərdə sakinlərin avtomobilləri həyətə buraxılmır.

Binalarda təklif olunan alternativ variant yeraltı qarajlardır. Lakin qaraj yerlərinin sayı az, qiymətlər isə "fantastik" səviyyədədir. Üstəlik, qarajı almaq istədikdə, evin qiymətinə bərabər pul ödəsən də, sənəd verilmir. Bəs bu problemdən çıxış yolu nədir?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Qarajlar mənzil sayına uyğun deyil"

İnşaat eksperti Elnur Azadov deyir ki, ciddi normativ tələblər olmadığı üçün tikinti şirkətləri bu məsələni fərdi şəkildə həll edirlər: "Yaşayış komplekslərində qarajların satılması, yaxud icarəyə verilməsi şirkətin qərarından asılıdır. Adətən qaraj yerləri mənzil sayına uyğun deyil, ən yaxşı halda onun yarısı qədər olur. Çünki yeraltı qarajların inşası xeyli investisiya tələb edir".

E.Azadov vurğulayır ki, bəzi tikinti şirkətləri satış üçün nəzərdə tutulan qarajların alıcısının az olduğunu bildiyi üçün, ümumiyyətlə böyük qaraj tikmir: "Yəni gələcəkdə parklanma probleminin yaranacağı əvvəlcədən düşünülmür. Şirkətlər əsasən öz xərclərini və qazanc balansını qorumağa çalışırlar".

"Kim daha çox pul verirsə, ona satırlar"

Mütəxəssisin sözlərinə görə, bəzən layihələndirmə işini sırf memarlar özləri həyata keçirir: "Onlar bu sahədə texniki imkanları tam bilmədiklərinə görə qərarları öz düşüncələrinə əsasən verirlər. Nəticədə binalar təhvil verildikdən sonra qaraj və parklanma problemləri üzə çıxır. Tikinti şirkətləri bu vəziyyətdən sui-istifadə edirlər. Qaraj yerləri məhdud olduğuna görə, şirkətlər onları kim daha çox pul təklif edirsə, həmin şəxsə satır və ya icarəyə verirlər".

"Mənzil alarkən müqaviləyə diqqət edin"

Ekspert əlavə edib ki, tikinti şirkətləri bazarda iki hüquqi statusda - MTK və MMC kimi fəaliyyət göstərirlər. Əgər bina MTK statusu ilə inşa olunubsa, binanın bütün hissələri MTK-nın balansına daxildir və vətəndaşların bu işlərdə iştirak və nəzarət hüququ var. Amma bina MMC statusu ilə inşa olunubsa, qaraj sahələri hüquqi olaraq şirkətin balansında qalır və satış, icarə, istifadə qaydalarını şirkətin özü müəyyənləşdirir: "Vətəndaşlar mənzil alarkən müqaviləyə xüsusi diqqət yetirməlidirlər. Müqavilədə qaraj yerlərinin statusu, yəni icarə, satış və ya ümumi istifadəyə açıq olub-olmaması qeyd edilməlidir. Əks halda sakinlər sonradan ciddi problemlərlə üzləşirlər".

Qaraj yerləri hüquqi baxımdan necə rəsmiləşdirilməlidir?

Hüquqşünas Sabir Qəniyev deyir ki, çoxmənzilli yaşayış binalarının zirzəmi və qaraj sahələrinin hüquqi statusu binanın layihəsində həmin sahələrin necə nəzərdə tutulmasından asılıdır: "Əsas qayda odur ki, əgər qaraj sahəsi yaşayış binasının ümumi sahəsinə aid edilibsə, bina sakinlərinin ümumi paylı mülkiyyətində olmalıdır. Belə ümumi əmlak özəlləşdirilə və ya özgəninkiləşdirilə bilməz, yəni ayrı-ayrılıqda kimsənin adına çıxarış alınıb xüsusi mülkiyyət kimi rəsmiləşdirilə bilməz".

"Qaraj alarkən bu sənədlər tələb edilməlidir"

Hüquqşünas bildirir ki, əgər binanın layihəsində zirzəmi sahəsi "qeyri-yaşayış sahəsi" kimi ayrılıbsa, yəni şirkət həmin sahəni ayrıca obyekt kimi sənədləşdiribsə, onda vəziyyət fərqlidir: "Yəni layihədə texniki zirzəmi əvəzinə qeyri-yaşayış sahəsi nəzərdə tutulubsa, bu sahə üzrə çıxarış tikinti şirkətinin adına ola bilir. Belə rəsmiləşdirmə o deməkdir ki, qaraj yerləri binanın ümumi əmlakına daxil deyil, inşa edən hüquqi şəxsə məxsus ayrı mülkiyyət obyektidir. Bu halda şirkət həmin sahəni sonradan satmaq və ya icarəyə vermək üçün hüquqi baza əldə edir. Qanunvericilik baxımından sakinlər üçün ən etibarlı variant birincisidir, çünki ümumi əmlak toxunulmaz sayılır, lakin ikinci halda şirkət qarajı öz xüsusi mülkiyyəti kimi satmaq hüququ qazanır. Qaraj yeri alan şəxs satıcıdan mülkiyyət hüququ sənədi (çıxarış və ya texniki pasport), notarial alqı-satqı müqaviləsi, əgər mövcuddursa, qarajın plan-ölçüsünü göstərən texniki sənədləri tələb etməlidir".

"Yüksək məbləğlər hüquqi cəhətdən qanunsuz deyil"

Sakinlərin növbəti iddiası tikinti şirkətlərinin qaraj yerlərinin satış qiymətini istədikləri kimi müəyyən etməsidir. Hüquqşünas bildirir ki, qanunvericilik tikinti şirkətinin qaraj yerlərinə hər hansı qiymət tarifləri müəyyən etmir: "Yəni qaraj yerləri də digər daşınmaz əmlak kimi bazar prinsipləri ilə satılır, qiymət satıcı ilə alıcının razılaşmasına bağlıdır. Dövlət qurumlarının mənzillərin və ya qarajların satış qiymətinə birbaşa müdaxilə səlahiyyəti yoxdur. Praktikada da görürük ki, tikinti şirkətləri qaraj yerlərini kifayət qədər yüksək qiymətlərə təklif edirlər. Yüksək məbləğlər hüquqi cəhətdən qanunsuz deyil, çünki bu, şirkətlə alıcı arasındakı özəl mülki hüquqi razılaşmadır".

Hər mənzilə bir qaraj ayrılmalıdır?

Hüquqşünas vurğulayır ki, qanunvericiliyin tələbinə görə, yeni çoxmənzilli yaşayış binasının layihəsində hər mənzilə ən azı bir avtomobilin park olunması üçün yer ayrılmalıdır: "Bu norma icbari xarakter daşıyır və tikinti ekspertizası, icazə verən orqanlar layihələrdə bu cəhəti yoxlayırlar. Əgər yaşayış binasının layihəsində müvafiq parkinq sahəsi ayrılmayıbsa, bu, şəhərsalma norma və qaydalarının pozulması deməkdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Oktyabr 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri