Minlərlə sakinin yaşadığı kənddə cəmi 1 küçə var
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Polşanın cənubunda, Krakov şəhəri yaxınlığında yerləşən Sułoszowa kəndi qeyri-adi planlaşdırması ilə diqqət çəkir. Kənddəki evlərin böyük əksəriyyəti təxminən 9 kilometr boyunca uzanan tək bir əsas yolun iki tərəfində sıralanıb.
Milli.Az xəbər verir ki, bələdiyyənin rəsmi qeydiyyatına görə, 3 min 347 nəfərin yaşadığı bu məntəqə Polşanın ən uzun xətti yaşayış yerlərindən biri hesab olunur. Kəndin bir başından digər başına piyada getmək üçün 9 kilometrdən çox məsafə qət etmək lazımdır.
Bu quruluşun səbəbi keçmişdə ailələrin həm əsas yola birbaşa çıxış əldə etmək, həm də öz torpaqlarını becərmək üçün evlərini yol kənarında tikməsidir. Hər evin arxasında uzanan dar və uzun əkin sahələri müxtəlif bitkilər əkildiyi üçün yuxarıdan baxdıqda rəngarəng mənzərə yaradır. Marketlər, çörəkxana, bank və tibb məntəqəsi kimi bütün obyektlər də məhz bu küçə boyunca yerləşir.
Tarixi mənbələrdə adı ilk dəfə 25 yanvar 1315-ci ildə çəkilən kəndin əsrlərdir qorunan bu planlaşdırma quruluşu memarlıq irsi kimi mühafizə olunur. Pradnik çayı vadisində yerləşən kənd həmçinin tarixi Pieskowa Skała qalası və Ojców Milli Parkına yaxınlığı ilə turistlərin marağına səbəb olur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 26 Noyabr 2026 02:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















