Icma.az
close
up
RU
“Minsk Qrupu münaqişənin həllinə yox, dondurulmasına xidmət edirdi” Tural Gəncəliyev

“Minsk Qrupu münaqişənin həllinə yox, dondurulmasına xidmət edirdi” Tural Gəncəliyev

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub.

Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, ATƏT-in Minsk Qrupunun və ona bağlı institutların ləğv edilməsi həqiqətən də çox önəmli hadisədir.

O, bu hadisəni Azərbaycan dövlətinin və Prezidentinin ciddi siyasi-diplomatik qələbəsi kimi qiymətləndirib:

“Məlumdur ki, ATƏT-in Minsk Qrupu və onun həmsədrlik institutu 30 il ərzində Ermənistan–Azərbaycan münaqişəsində vasitəçilik missiyası həyata keçirməyə çalışsa da, heç bir nəticə əldə edə bilmədi. Əksinə, bu qurum münaqişənin nəticələrinin möhkəmlənməsi, onun dondurulması və Ermənistanın işğal faktının de-fakto qəbul etdirilməsi istiqamətində fəaliyyət göstərirdi.

Azərbaycan torpaqlarını işğaldan azad etməklə yeni siyasi və hərbi reallıq yaradaraq Minsk Qrupunun fəaliyyətini də mənasız etdi. Qısa müddət ərzində Azərbaycanın gücü, siyasi iradəsi və təzyiqi nəticəsində bu qurum da tarixin arxivinə göndərildi.

Bununla yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi ofisi də eyni istiqamətdə fəaliyyət göstərirdi. Bu ofisə Anjey Kaspişik rəhbərlik edirdi. O, uzun illər ərzində guya təmas xətti boyunca hərəkət edərək atəşkəsin pozulmasının qarşısını almağa çalışırdı. Halbuki bu, real nəticə vermir, sadəcə olaraq ATƏT-in büdcəsinin illər ərzində səmərəsiz və lazımsız şəkildə xərclənməsinə gətirib çıxarırdı. Ayrılan vəsaitin əsas hissəsi isə Kaspişikin ofisinin saxlanılmasına yönəlirdi”.

Deputat bildirib ki, vaxtilə ATƏT çərçivəsində yaradılan Yüksək Səviyyəli Planlaşdırma Qrupu (High-Level Planning Group – HLPG) yalnız kağız üzərində mövcud olub və əslində heç bir funksional rol oynamayıb:

“Guya onlar ATƏT-in sülhməramlı missiyasının vaxtilə işğal altında olan Azərbaycan ərazilərinə göndərilməsini nəzərdə tuturdular. Təbii ki, bütün bunlar bir daha sübut etdi ki, ATƏT, onun Minsk Qrupu və əlaqədar institutları üzərlərinə qoyulmuş vəzifəni yerinə yetirməkdən daha çox münaqişənin dondurulmasına, Ermənistanın işğalının davam etdirilməsinə xidmət edirdilər.

Mən diplomat kimi Xarici İşlər Nazirliyində fəaliyyətə başlayanda ilk işlədiyim idarə məhz ATƏT-in Minsk Qrupu ilə məşğul olan idarə olmuşdu.Şəxsən, uzun illər ərzində bu qurumun səmərəsiz və qeyri-effektiv fəaliyyətinin şahidi olmuşuq. Nəticə etibarilə, Azərbaycan dövləti, onun ordusu və Prezidenti bütün bu reallıqları dəyişdi və yeni vəziyyət yaratdı. Artıq ATƏT-in Minsk Qrupu həmsədrlik institutu, Kaspişik ofisi, eləcə də Yüksək Səviyyəli Planlaşdırma Qrupu kimi lüzumsuz qurumlar tarixin arxivinə göndərildi”.

Tural Gəncəliyev onu da qeyd edib ki, tarixdə nadir hallarda dövlətlər münaqişəni öz milli maraqları və ərazi bütövlüyü çərçivəsində uğurla həll edərək bu kimi qurumları qeyri-effektiv duruma sala bilirlər:

“Adətən isə belə qurumlar yaradılır, onilliklər boyu münaqişədən bir növ vasitə kimi istifadə olunur və burada əsasən maliyyə vəsaitlərinin bölüşdürülməsi məsələsi ön plana çıxır. Bunu bir növ insan bədəninə qan sovuran bir həşərat kimi bənzətmək olar.

Yəni bu qurumlar illər ərzində həm ATƏT-in vəsaitlərini mənimsəyir, həm də əsassız şəkildə münaqişənin dondurulmasına, onun saxlanılmasına çalışırdılar.

Şükürlər olsun ki, Azərbaycanın yeni gücü, yaratdığı yeni reallıq və möhkəmləndirdiyi vəziyyət bizə bu günü görməyi nəsib etdi. Artıq ATƏT-in Minsk Qrupu, eləcə də dünyanın üç böyük güc mərkəzini – Amerika, Fransa və Rusiyanı təmsil edən həmsədrlik institutu Azərbaycanın iradəsi qarşısında aciz qaldı.

Onlar heç bir təsir imkanına malik olmadılar və ölkəmizin siyasi mövqeyinə qarşı alternativ mövqe ortaya qoya bilmədilər.

Bu, dövlətimizin və Prezidentimizin böyük tarixi qələbəsi, siyasi və diplomatik uğurudur. Bu münasibətlə hamınızı təbrik edirəm”.

Şəbnəm Rəhimova

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Sentyabr 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see273

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see198

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see177

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see173

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see143

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see141

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see139

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri