Icma.az
close
up
RU
Minsk qrupu nə vaxt ləğv olunacaq?..

Minsk qrupu nə vaxt ləğv olunacaq?..

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Ermənistan qarşısında bir sıra tələblər irəli sürüb. Onlardan biri də ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlıdır. Buna səbəb 30 il ərzində Ermənistan-Azərbaycan münaqişəsini tənzimləməli olan qurumun fəaliyyətsizliyi, eləcə də artıq konfliktin həll olunmasıdır. Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə dəfə bu tələbə müsbət münasibət bildirsə də, hələ ki əməli addım atılmayıb.

Mövzu ilə əlaqədar Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib ki, Ermənistan Azərbaycanın bu tələbinə əməl etməlidir:

"Ermənistanla Azərbaycan arasında müzakirə olunan sülh sənədinin 17 bəndindən 15-i üzərində razılaşma var. 2 məsələ üzrə hələ ki razılıq əldə edilməyib. Razılaşdırılmayan məsələlərə qarşılıqlı olaraq beynəlxalq məhkəmələrdə bir-birinə qarşı ittihamlardan imtina etmək, Ermənistanla Azərbaycan sərhədi arasında üçüncü dövlətin təmsilçiliyinə icazə verilməməsi aiddir. Şübhəsiz ki, söhbət Avropa İttifaqının "mülki missiyası"ndan gedir. Onun mövcudluğu qəbuledilməzdir. Ermənistan isə Avropa İttifaqının mülki missiyasının müddətini daha iki il uzatdı. İndiki mərhələdə Azərbaycanın çox ciddi tələbləri var. Bunlardan birincisi Ermənistan Konstitusiyasına dəyişiklik və Azərbaycana qarşı ərazi iddialarından imtina edilməsi, ikincisi isə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlıdır".

E.Nəsirov ATƏT-in Minsk qrupunun nə zaman ləğv edilə biləcəyi barədə bunları deyib:

"ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı Ermənistan Baş nazirinin mövqeyində son zamanlar mülayimləşmə elementləri özünü göstərib. O da hesab edib ki, artıq Ermənistan-Azərbyacan münaqişəsinə son qoyulub. Bu nöqteyi-nəzərdən belə bir qrupun mövcudluğuna ehtiyac yoxdur. Çünki Minsk qrupunun vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində vasitəçi olmaq idi. Münaqişə yoxdursa, deməli, bu quruma de-fakto ehtiyac qalmayıb. Bunu de-yure də təsdiqləmək lazımdır.
Ermənistan Minsk qrupuna ehtiyac olmadığını artıq sözdə deyir, amma əməli addım atmır. Onda sual yaranır ki, nə baş verir? Ermənistan Baş naziri ATƏT-in Minsk qrupunu buraxmaq istəmirsə, niyə onun lazımsız olduğunu dilə gətirir. Mənə elə gəlir ki, bu suala cavab vermək üçün bir sıra məsələlərə aydınlıq gətirilməlidir.
Ermənistanın ən azı 2027-ci ilin fevral ayına qədər sülh müqaviləsi imzalamaq niyyəti yoxdur. Ona görə ki, rəsmi Bakının əsas tələblərindən biri üçüncü dövlətlərə məxsusu qüvvələrin Ermənistan-Azərbaycan sərhədində mövcudluğuna son qoyulması ilə bağlıdır. Amma Avropa İttifaqının "mülki missiyası" 2027-ci ilin fevral ayının 19-a qədər hələ öz qondarma missiyasını yerinə yetirəcək. Bu o deməkdir ki, Azərbaycanın əsas şərtlərindən birini Ermənistan ən azı 2027-ci ilə qədər qəbul etməyəcək. Belə olan halda sülh müqaviləsi də imzalanmayacaq.
Mənə elə gəlir ki, Ermənistanın  ATƏT-in Minsk qrupunu praktiki olaraq buraxmaqdan yayınması həlini gözləyən iki məsələ ilə bağlı vasitəçilik missiyasını da onun üzərinə qoymaq istəyi ilə bağlıdır. Yəni sülh sazişi layihəsində 90 faiz məsələ tənzimlənib, istəyirlər ki, qalan 10 faiz məsələnin tənzimlənməsi ilə də ATƏT-in Mİnsk qrupu məşğul olsun. Bu tendensiyanı duymamaq mümkün deyil. Əks halda, Ermənistan Baş naziri Azərbaycan kimi ATƏT-in Minsk qrupunun mövcudluğundan imtina etmiş olardı".
Minsk qrupunun ləğv edilməsi üçün Ermənistan da Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməlidir ki, məsələyə nöqtə qoyulsun.
ATƏT-in Minsk qrupu 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli variantlarını tapmaq məqsədi ilə yaradılıb. Qrupa aşağıdakı ölkələr daxildir:
Həmsədrlər – Rusiya, Fransa və ABŞ;
Münaqişə tərəfləri – Ermənistan və Azərbaycan;
Üzvlər - Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Mart 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri