Icma.az
close
up
RU
Minsk Qrupu ilin sonunadək LƏĞV OLUNACAQ?

Minsk Qrupu ilin sonunadək LƏĞV OLUNACAQ?

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

8 avqust Vaşinqton görüşü zamanı Azərbaycan və Ermənistan liderləri  ABŞ Prezidentinin şahidliyi ilə ATƏT Minsk Qrupunun və əlaqədar strukturların buraxılması ilə bağlı qərar qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyi artıq iki ölkənin ATƏT katibliyinə birgə müraciət etdiyi barədə ictimaiyyətə məlumat verib.

ATƏT-dən isə bildirilib ki, qurumun fəaliyyətdə olan sədri kimi Finlandiya Minsk prosesi və əlaqəli strukturların bağlanması ilə bağlı birgə müraciətinə cavab olaraq iştirakçı dövlətlərlə müzakirələrə rəhbərlik edəcək.

Minsk Qrupunun tarixi 1992-ci ilə gedib çıxır. Həmin ilin martın 24-də Helsinki şəhərində ATƏM-in Xarici İşlər Nazirləri Şurasının iclası keçirilirdi. Görüşdə Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib. 1994-cü ildə ATƏT-in Budapeşt şəhərində keçirilən Zirvə Görüşündə həmsədrlik institutu yaradıldı.

Ancaq yaradılmasından keçən 30 ilə yaxın müddət ərzində Minsk Qrupu münaqişənin həllinə nail ola bilməyib. 2020-ci ildə Qarabağın işğaldan azad edilməsi ilə Minsk Qrupunun fəaliyyətinə de-fakto son qoyulub. Buna baxmayaraq qrup de-yure qalmaqdadır.

Qrupun bu il ərzində ləğv edilib-edilməyəcəyi müzakirə edilir.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib ki, Ermənistan tərəfi uzun müddət süni formada ATƏT-in Minsk qrupunu saxlamaq və ya mandatını uzatmaq yolunu tutmağa cəhdlər göstərirdi:

“Bu isə potensial müdaxilə imkanının bu niyyətin arxasında gizləndiyindən xəbər verirdi. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi qətiyyəti qarşısında Ermənistan bu məsələdə də təslim oldu:
8 avqust Vaşinqtonda imzalanan üçtərəfli Birgə Bəyanat və Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ATƏT katibliyinə birgə müraciət ünvanlaması bunun əyani təsdiqidir.

Birgə Bəyanatın 2-ci bəndində deyilir: Biz, yəni Azərbaycan, Ermənistan və ABŞ liderləri həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik.

Bununla yanaşı Azərbaycan, Ermənistan və ABŞ ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırış etdi. Bu çağırışın digər bir vacib cəhəti ondadır ki, ATƏT-in 1996-cı ildən bəri həmsədr ölkələrindən olan ABŞ artıq bu ilin sonunda Finlandiyada baş tutacaq ATƏT xarici işlər nazirlərinin illik görüşündə planlaşdırılan səsvermədə qərarın lehinə səs verəcək. Fransa XİN də Vaşinqton Sülh Sammiti ilə bağlı verdiyi mətbuat açıqlamasında ATƏT-in Minsk Qrupunun ləğvini dəstəklədiklərini bildirib. Azərbaycan Prezidentinin uğurlu diplomatik səyləri nəticəsində Azərbaycan öz təklifinin reallaşdırılması yolunda Vaşinqton administrasiyasının Prezident Tramp səviyyəsində dəstəyini əldə etdi. Bu, təbii ki, digər üzv dövlətlərin səsvermə ilə bağlı qərarına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Əgər üçüncü həmsədr ölkə, Rusiya fərqli mövqe tutarsa, bu açıq-aşkar qeyri-dost əməl və beynəlxalq birliyin sülh səylərinə qarşı çıxmaq kimi qiymətləndiriləcək”. 

Parlamentari vurğulayıb ki, 1992-ci ildə ATƏM-in Minsk qrupu kimi yaradılmış bu strukturun ləğvi ATƏT-ə üzv olan bütün dövlətlərin konsensus əsasında verilmiş qərarına uyğun baş tuta bilər:

“Bu, ATƏT daxili qərar qəbuletmə prosedurundan irəli gəlir. Sülh sazişinin imzalanması yolunda əsas manelərdən biri olan ATƏT-in Minsk qrupunun sözügedən müqavilə imzalanana qədər ləğv edilməsi Azərbaycan tərəfindən reallıq kimi gündəmə gətirilib və qəbul edilib. 

Beləliklə, ATƏT çərçivəsindəki keçmiş münaqişə ilə əlaqəli bütün digər mexanizmlər də, Yüksəksəviyyəli planlaşdırma komitəsi, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi funksiyasız strukturlar da de-yure ləğv ediləcək. 2025-ci ilin dekabrında hazırki sədr ölkə Finlandiyada keçiriləcək ATƏT üzvü dövlətlərin  xarici işlər nazirlərinin görüşü həm tarixi şansdır, həm də sözügedən qərarın qəbulu üçün hüquqi- siyasi əsası olan yeganə səlahiyyətli platformadır. 30 illik işğal faktorunu nəzərə alaraq məsələnin siyasi tərəfinə də diqqət yetirmək lazımdır.  Belə ki, gələcəkdə hər hansı potensial risklərin qarşısını almaq üçün də Minsk qrupunun de-yure ləğv edilməsi olduqca əhəmiyyətlidir.  ATƏT-in Minsk qrupundan Ermənistandakı revanşist qüvvələr  təzyiq vasitəsi kimi istifadə edilə bilərdi.  Digər tərəfdən, bu məsələni regionda öz maraqlarını güdən qüvvələr bu və ya digər formada gündəmə gətirə bilərdi. Bütün bu potensial riskləri birdəfəlik aradan qaldırmaq üçün  ATƏT-in Minsk qrupu sülh müqaviləsi imzalananadək ləğv edilməlidir. 

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edərək münaqişəni beynəlxalq hüququn prinsipləri əsasında həll etdiyindən artıq ATƏT-in Minsk qrupunun fəaliyyətinə lüzum qalmamış, mandat üçün əsas və yaxud predmet aradan birdəfəlik qalxıb. 

Finlandiyada 1992-ci martında təsis edilmiş Minsk Qrupunun 33 il sonra Finlandiyada da ləğvi həmçinin qarşılıqlı etimad mühitinin formalaşmasına da töhfə verə bilər. Paraflanmış Sülh müqaviləsi həmçinin dövlətlərarası münasibətlərin yaradılmasını özündə ehtiva edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Avqust 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri