Icma.az
close
up
RU
Minsk qrupunun arxivləşdirilməsi beynəlxalq diplomatiyada yeni səhifə açdı ŞƏRH

Minsk qrupunun arxivləşdirilməsi beynəlxalq diplomatiyada yeni səhifə açdı ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 1 sentyabr, AZƏRTAC

Bu ilin sentyabrın 1-dən ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmi olaraq xitam verildi. Bu qərar Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə təşəbbüsü əsasında qəbul edilib. Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılmışdı. Qrup uzun müddət status-kvonun qorunmasına xidmət etdiyi üçün, Azərbaycan münaqişənin ədalətli həllində Minsk qrupunun səmərəsizliyini beynəlxalq səviyyədə dəfələrlə vurğulayıb. Onsuz da ATƏT-in Minsk qrupu region üçün əhəmiyyətini itirmişdi. Bu da təhlükəsizlik məsələlərinin yeni yanaşmalarla həllini zəruri edirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

O bildirib ki, Azərbaycan 2020-ci il Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü bərpa etməsi ilə regionda yeni reallıqlar yaratdı. Bu səbəbdən də Minsk qrupunun fəaliyyəti artıq bu reallığa cavab verə bilməzdi.

Azərbaycan regionda sülhü və sabitliyi təmin etmək üçün diplomatik fəaliyyətini uğurla davam etdirir. Bu baxımdan da Minsk qrupunun ləğvi Azərbaycanın diplomatik uğurunu və siyasi, prinsipal mövqeyini nümayiş etdirməklə yanaşı, beynəlxalq hüququn möhkəmlənməsinə də töhfə verdi.

“Azərbaycanın suverenliyi beynəlxalq səviyyədə tanınır və yeni mərhələdə ikitərəfli danışıqlar prioritetə çevrilir. Bu da Azərbaycan və Ermənistan arasında kommunikasiya kanallarını genişləndirir, regional əməkdaşlıq təşəbbüslərini isə gücləndirir. Qalib dövlət olan Azərbaycanın təşəbbüsləri BMT və digər beynəlxalq qurumlar tərəfindən dəstəklənir. Əldə etdiyimiz siyasi uğurlar fonunda Minsk qrupunun arxivləşdirilməsi isə tarixi hadisə oldu və beynəlxalq diplomatiyada yeni səhifə açdı.

Tarixi status-kvonun qorunmasına xidmət edən Minsk qrupunun bağlanması Azərbaycanın məqsədyönlü siyasətinin və prinsipial mövqeyinin nəticəsidir. Bu qərar regionda sabitlik və etibarlılıq üçün zəruri şərtlərdən biri idi. Bu baxımdan da Minsk qrupunun fəaliyyəti tarixi bir mərhələnin sonudur. Öz adı ilə daim neqativliyi assosiasiya edən bir struktur artıq mövcud deyil. ATƏT-in Minsk qrupu heç vaxt tarixdə yaxşı xatırlanmayacaq. Belə fəaliyyətsiz beynəlxalq təşkilatlara bizim ehtiyacımız yoxdur”, - deyə T.İsmayılov vurğulayıb.

Politoloq əlavə edib ki, Minsk qrupunun bağlanması Azərbaycanın xarici diplomatiyasının effektivliyini göstərdi. Görünən odur ki, ölkəmizin təşəbbüsləri iqtisadi və humanitar sahələrdə də nəticələr verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri