Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Minsk qrupunun ləğvi: Sülh yolunda yeni səhifə

Minsk qrupunun ləğvi: Sülh yolunda yeni səhifə

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Sentyabrın 1-də ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlı yekun qərarın qəbul olunacağı gözlənilir.

Xarici işlər naziri Ceyhun Bayramovun açıqlamasına görə, Azərbaycan və Ermənistanın birgə müraciəti artıq üzv dövlətlərə təqdim edilib və müsbət cavab demək olar ki, qaçılmazdır. Bu qərar, uzun illərdir fəaliyyətsiz və əslində siyasi missiyasını itirmiş qurumun tarixə qovuşması demək olacaq.

Minsk Qrupu, faktiki olaraq, Qarabağ münaqişəsinin həllini ləngidən, onu “dondurulmuş vəziyyət"də saxlamağa çalışan bir mexanizmə çevrilmişdi. Onun varlığını süni şəkildə uzatmaq istəyənlər yalnız özlərini beynəlxalq arenada rüsvay etmiş olardılar. Ləğv qərarı isə bölgədə davamlı sülhün qurulmasına doğru mühüm bir addım olacaq. Bu həm də separatçıların son ümidlərinin dəfn olunması, Azərbaycanın qəti qələbəsinin beynəlxalq səviyyədə təsdiqi anlamına gəlir.

Sentyabr ayı Azərbaycan xalqının yaddaşında artıq qələbə və dönüş nöqtələri ilə bağlıdır. 2020-ci ilin 27 sentyabrı İkinci Qarabağ müharibəsinin başlanması, 2023-cü ilin 20 sentyabrı isə antiterror əməliyyatının uğurlu sonu kimi tarixə düşüb. İndi 1 sentyabrın da bu silsiləyə qoşulması mümkündür. Əksinə, separatçıların uydurduqları 2 sentyabr tarixi artıq yalnız uğursuzluq və məğlubiyyətin simvolu kimi qalır.

Maraqlıdır ki, 2023-cü ilin 2 sentyabrında baş nazir Nikol Paşinyan separatçılara təbrik ünvanlamış, lakin 17 gün sonra baş verən antiterror əməliyyatı Ermənistan rəhbərliyinin illüziyalarını darmadağın etmişdi. Bu gün Paşinyan özü də açıq şəkildə etiraf edir ki, Qarabağ iddiasına son qoyulmadan Ermənistanın müstəqil və təhlükəsiz gələcəyi mümkün deyil. Onun çağırışlarına baxmayaraq, erməni cəmiyyətində ciddi separatçı hərəkətlilik müşahidə olunmur. Bu da göstərir ki, cəmiyyətin böyük qismi reallığı qəbul edir və yeni müharibə istəmir.

Digər tərəfdən, beynəlxalq mühit də revanshizm üçün əlverişli deyil. Xüsusilə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə imzalanan 8 avqust Bəyannaməsi bölgədə yeni müharibə sifarişlərinə qarşı ciddi əngəl yaradır. Bu sənədin şərtlərinə zidd hərəkət həm Vaşinqtonun, həm də Avropa paytaxtlarının mənfi reaksiyasına səbəb olacaq.

İndiki mərhələdə əsas məsələ Ermənistanın daxili siyasi iradəsidir. Paşinyan hökuməti həqiqətən də sülh istəyirsə, konstitusiyadakı Azərbaycana qarşı ərazi iddialarına son qoymalı, bu məqsədlə erkən seçkilər və referendum təşkil etməlidir. Tarixi fürsət indi yetişib: həm Moskvanın təsiri zəifləyib, həm də Qərb ölkələri sülh prosesini dəstəkləyir. Əgər bu addım atılarsa, regionda diplomatik münasibətlərin tam bərpası mümkündür.

Beləliklə, Minsk Qrupunun ləğvi illərlə sürən ikili oyunun bağlanması və yeni bir mərhələnin başlanğıcıdır. Əgər Ermənistan siyasi cəsarət göstərib konstitusion dəyişikliklərə də nail olsa, bu addım təkcə bölgədə deyil, bütün dünyada sülh gündəliyinin nümunəsi kimi qiymətləndirilə bilər. Amma əsas mükafat Ermənistan xalqı üçün olacaq: real təhlükəsizlik, sabitlik və qonşularla normal münasibətlər.

Züriyə Qarayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Avqust 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see943

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see521

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see374

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see339

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see302

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see288

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see282

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see277

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see256

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see256

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see255

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see244

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see239

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see236

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see236

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see219

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see216

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see203

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri