Minsk Qrupunun bərpası mümkün deyil Zaxarova
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpası mümkündürmü? Xeyr.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bəyan edib.
"Mən sizə bu məsələnin tarixçəsini xatırladım. Və bu arada, Rusiya və ABŞ arasında əlaqələrin aktivləşməsi və ya bərpası ilə ATƏT-in Minsk Qrupu mövzusu arasında heç bir əlaqə görmürəm. Bizim Minsk Qrupu ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Bildiyiniz kimi, məhz Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri oradakı fəaliyyətlərini sadəcə dayandırdılar. Onlar 2022-ci ilin fevralında rusiyalı həmkarları ilə əməkdaşlığı dayandırdılar. Həmçinin Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı”, - Zaxarova bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 20 Mart 2025 22:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















