Icma.az
close
up
RU
MiQ 29 təyyarəsinin təlim uçuşu zamanı qəzaya uğramasından 18 il keçir FOTO

MiQ 29 təyyarəsinin təlim uçuşu zamanı qəzaya uğramasından 18 il keçir FOTO

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2008-ci il yanvarın 29-da Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Moderator.az xatırladır ki, qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub.

Hacı Zeynalabdin qəsəbəsindəki hərbi bazadan təlim uçuşu üçün havaya qalxan MiQ-29 markalı döyüş təyyarəsi sahildən altı kilometr uzaqlıqda dənizə düşüb. Həmin gün Azərbaycan şahinləri - kapitan Əfqan Aslanov və polkovnik-leytenant Fəxrəddin Əsgərov qəzaya uğrayan təyyarəni yaşayış məntəqələrindən mümkün qədər uzaqlaşdıraraq dənizə salmaqla baş verə biləcək daha dəhşətli faciənin qarşısını ala biliblər.

Təyyarənin qalıqları və pilotlardan Əfqan Aslanovun cəsədini dənizin dibindən bir ay sonra çıxarmaq mümkün olsa da, Fəxrəddin Əsgərovun nəşini tapmaq mümkün olmayıb.

Bacısı Kəmalə Vahidovanın sözlərinə görə, Əfqanın nəşi 29 gündən sonra tapılıb:

"Təyyarə havaya qalxdığı yerdən xeyli uzaqda, dənizin dibinə çox dərinə batmış halda tapılıb. Əfqanın cəsədi təyyarədə olub. Zərblə yerə çırpıldığı üçün bədənində sınmayan sümük qalmamışdı. Təyyarənin dəmirləri bütün bədənini doğramışdı. Üstəlik, cəsəd suda qaldığından tanınmaz vəziyyətə düşmüşdü. Digər pilot - Fəxrəddin Əsgərov isə deyilənə görə, son məqamda təyyarədən tullanıb. Amma onun da bu günədək nə ölüsü, nə dirisi tapılıb".

Qeyd edək ki, hadisədən 14 il sonra Fəxrəddin Əsgərova şəhidlik statusu verilib.

F.Əsgərov 31 yaşında polkovnik-leytenant rütbəsinə yüksəlib. Dövründə keçirilən hərbi paradların təşkilində yüksək fəallıq göstərən, Azərbaycan bayrağını Vətən səmasına çəkən ilk pilotlarımızdan olub. O, həm də dövrünün ən çox uçuş saatı olan pilotu olub. Xidmət müddətində, 24 iyun 2003-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə "Hərbi xidmətlərə görə", 25 iyun 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin adından, Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalları ilə təltif olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Yanvar 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri