MİQ də bu gün 8 fənnin müəllimləri müsahibə olunur
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gündən etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.
Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzindən Modern.az-a verilən məlumata görə, Bakı şəhər 161 nömrəli tam orta məktəbdə keçiriləcək müsahibələrə 3957 nəfər dəvət edilib.
Bu gün - rus dili və ədəbiyyatı, ingilis dili, alman dili, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, biologiya, fizika və coğrafiya fənləri üzrə müsahibələr təşkil olunacaq.
26 avqust tarixinədək davam edəcək müsahibələr zamanı müvafiq komissiyalar tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılacaq.
Xatırladaq ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 20 Avqust 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















