Icma.az
close
up
RU
Bu fənnin müəllimləri də sertifikasiyaya CƏLB EDİLƏCƏK

Bu fənnin müəllimləri də sertifikasiyaya CƏLB EDİLƏCƏK

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulub. Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunacaq.

2022-2024-cü illər ərzində 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. İndiyə kimi sertifikatlaşdırma prosesini uğurla keçmiş müəllimlərin ümumi sayı 55 min nəfər olub.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, sertifikatlaşdırmada uğur qazanmış 38 min müəllimin əməkhaqqına 10%, 17 min müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq edilib. Nəticədə maaşına 10% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı 980 manat, maaşına 35% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı isə 1295 manat təşkil edib. Bu il təxminən 27 minə yaxın müəllimin sertifikasiya prosesinə cəlb ediləcəyi gözlənilir.

Qeyd edək ki, məktəblərdə fiziki tərbiyə fənninə olan münasibət və müəllimlərin peşəkarlıq səviyyəsi yenidən gündəmə gəlib. Uzun illərdir ki, bu sahəyə barmaqarası yanaşma, dərslərin formal keçirilməsi və müəllimlərin qeyri-peşəkar fəaliyyəti valideyn və şagirdlərin narazılığına səbəb olur. Təhsil ekspertləri dəfələrlə bu məsələyə diqqət çəkib.

Artıq yaxın gələcəkdə fiziki tərbiyə müəllimlərinin sertifikasiya imtahanına cəlb edilməsi planlaşdırılır.

Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə bildirib ki, zaman-zaman ölkəmizdə pedaqoji fəaliyyətlə məşğul olan bütün işçiləri arasında sertifikatlaşmanın həyata keçirilməsi nəzərdə tutulur:

"Qeyd etmək lazımdır ki, sertifikatlaşma dünyanın əksər ölkələrində həyata keçirilir. Müəllimin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi iki mərhələdə (test və müsahibə) həyata keçirilir. Sertifikatlaşma prosesinə hazırlaşan müəllimlər müxtəlif ədəbiyyatlarla tanış olarlar. İnternet resursları müəllimin özünütəhsil imkanlarını artırıb. Öyrəndikləri məsələlərlə bağlı müəllimlər bir-biri ilə fikir mübadiləsinə daxil olurlar. Bunu sertifikatlaşma prosesinə hazırlığın daha mühüm tərkib hissəsi kimi dəyərləndirmək lazımdır. Fikir mübadiləsi həmçinin müəllimlərin müxtəlif təcrübələri bir-birindən öyrənməsi deməkdir. Bu yollarla müəllimlərin öz bilik və bacarıqlarını təkmilləşdirməsi onların daha səriştəli fəaliyyət göstərməsi üçün böyük imkanlar açır".

H.Əlizadə bildirib ki, sertifikatlaşmanın həyata keçirilməsi müəllimlərin öz işinə münasibətində müsbət dəyişiklik yaranmasını şərtləndirib:

“Bu o deməkdir ki, müəllimlərin daha keyfiyyətli dərs deməsi üçün bütün fənlər üzrə sertifikatlaşmanın həyata keçirməsi məqsədəuyğundur. Ölkəmizdə sertifikatlaşma prosesinin həyata keçirilməsində humanizm prinsiplərinə üstünlük verilir. Birinci dəfə sertifikatlaşmadan keçməyən müəllimlərə ikinci şans verilir. İkinci dəfə keçirilən sertifikatlaşma imtahanlarının nəticələri göstərir ki, müəllimlər özünətəhsil ilə məşğul olduqda daha yüksək nəticələr əldə edə bilirlər. Məktəbin fənlərindən biri də fiziki tərbiyədir. Mən fiziki tərbiyə haqqında danışmazdan əvvəl belə bir fikir söyləmək istəyirəm ki, məktəbdə keçirilən fənləri əsas və qeyri-əsas kimi təsnif etmək doğru deyil, onların hər birinin özünəməxsus məqsəd və vəzifələri vardır. Bu məqsəd və vəzifələr şəxsiyyətin formalaşması və inkişafı baxımından zəruri əhəmiyyət kəsb edir. O cümlədən fiziki tərbiyə fənni. Bu o deməkdir ki, zaman-zaman bütün fənlərdən sertifikatlaşma həyata keçirilməsi nəzərdə tutulur. Lakin bu zaman hər bir fənnin özünəməxsusluqları nəzərə alınmalıdır. Siz tamamilə düz deyirsiniz ki, fiziki tərbiyə fənnini tədris edən müəllimlər həm bu sahədə xüsusi biliklərə, həm də bacarıqlara malik olmalıdırlar. Hesab edirəm ki, onların sertifikatlaşması prosesində fiziki tərbiyə istiqamətində həm biliklərinin, həm də bacarıqlarının yoxlanılması zəruridir”.

Şura sədri sonda qeyd edib ki, fiziki tərbiyə həm şəxsiyyətin inkişafı, həm də hərbi vətənpərvərlik tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir:

“Sağlam bədəndə sağlam ruh olar” deyəndə atalar şəxsiyyət yetişdirməyin yolunun insanın fiziki cəhətdən inkişafından keçdiyini nəzərdə tuturdular. Gənc nəsil nə qədər sağlam olarsa, onlar həm öz gələcək fəaliyyətlərində, həm də Vətənin müdafiəsində mühüm rol oynaya bilərlər. Məsələnin belə qoyuluşu fiziki tərbiyə dərslərinin keyfiyyətini artırmağı tələb edir. Düşünürəm ki, fiziki tərbiyə müəllimlərinin sertifikatlaşması onların dərslərinin keyfiyyətinin artmasında mühüm rol oynayacaqdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Aprel 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri