Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Universitet müəllimləri də MİQ imtahanı verəcək? KONKRET

Universitet müəllimləri də MİQ imtahanı verəcək? KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Universitetlərin reytinq və nüfuz məsələsində də ciddi problemlər mövcuddur”

Məlumdur ki, orta məktəb müəllimləri işə müəllimlərin işə qəbulu (MİQ) mexanizmi ilə qəbul olunur. Bu proses müəyyən narazılığa səbəb olur. Əsasən də ali məktəblərin nüfuzunu aşağı salır. MİQ-dən keçə bilməyən müəllim kimi çalışa bilmir. Bu da həmin pedaqoji təhsil ocaqlarının prestijini, hörmətini aşağı salır.

Son vaxtlar təhsil cameəsi arasında belə bir fikir yayılıb ki, müəllimlərin işə qəbulu (MİQ) mexanizmi ali təhsil müəssisələrinə də tətbiq olunacaq. Hesab edilir ki, universitetlərdə də MİQ formatına uyğun mərkəzləşdirilmiş imtahan keçirilsə, bu, ali məktəblərə müəllim qəbulu prosesində şəffaflığı və obyektivliyi artıra bilər.Bu fikir təhsil ictimaiyyəti arasında fikir ayrılığına səbəb olub. Kimisi bu təklifi dəstəkləyir, bəziləri isə qarşı çıxır. Onların fikrincə, ali təhsil sistemi orta məktəblərdən fərqli olaraq ixtisaslaşmış, elmi-tədqiqat yönümlü və akademik azadlığa əsaslanan bir strukturdur. MİQ isə əsasən standart bilikləri ölçən test mərhələsinə və inzibati qərarlara söykəndiyi üçün universitet mühitinə uyğun gəlmir.ə

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, universitetlərdə müəllimlərin işə qəbulu prosesinin qapalı və qeyri-obyektiv olması, kadrların təyinində şəxsi əlaqələrin, korporativ maraqların və bəzən maliyyə faktorlarının üstünlük təşkil etməsi təhsilin keyfiyyətinə bilavasitə mənfi təsir göstərir: “Bütün bunlar yalnız daxili müzakirə predmeti deyil, həm də ictimai etimadı sarsıdan sistemli problemlərdir.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən, ali təhsil müəssisələri elmi, metodik və təşkilati baxımdan müstəqildir və daxili strukturlarını, müəllim seçimi qaydalarını özləri müəyyən edirlər. Lakin bu muxtariyyət effektiv və şəffaf mexanizmlərlə müşayiət olunmadıqda, universitetlərdə daxili korrupsiya, qeyri-peşəkar təyinatlar və formal akademik fəaliyyət geniş yayılır. Hazırda bir çox ali məktəblərdə müəllimlərin və dosentlərin işə qəbulu elmi və pedaqoji keyfiyyətlərdən daha çox şəxsi münasibətlər və qapalı prosedurlar əsasında baş tutur.

Dövlət Statistika Komitəsinin 2023-cü ilə dair məlumatına görə, Azərbaycanda ali təhsilli şəxslərin 26%-i öz ixtisası üzrə işləmir. Bu isə ali təhsil sisteminin əmək bazarına uyğun kadr hazırlamaq qabiliyyətinin zəif olduğunu göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi digər məlumatlara görə, 2024-cü ilin əvvəlində ali təhsilli işsizlərin sayı 51 min nəfər təşkil edib. Bu göstəricilər onu deməyə əsas verir ki, universitetlərdə verilən ixtisaslar və tədris proqramları əmək bazarının real tələbatına cavab vermir, tələbələrə verilən nəzəri biliklər praktik bacarıqlardan və peşə hazırlığından uzaqdır”.

Ekspert qeyd edib ki, universitetlərin reytinq və nüfuz məsələsində də ciddi problemlər mövcuddur: “QS, THE və CWTS Leiden kimi beynəlxalq reytinqlərdə Azərbaycan universitetlərinin ya adı ümumiyyətlə yoxdur, ya da çox aşağı sıralardadır. Məsələn, 2024-cü ildə CWTS Leiden sıralamasına görə Azərbaycan universitetləri yalnız 1 və ya 2 universitet səviyyəsində, çox aşağı indikatorlarla təmsil olunub. Bunun əsas səbəbi elmi məqalələrin keyfiyyətsizliyi, beynəlxalq əməkdaşlığın zəifliyi və əsaslı tədqiqat mədəniyyətinin formalaşmamasıdır. Bu reytinqlərdə bəzən pullu iştirak mexanizmləri vasitəsilə mövqe əldə olunması isə sistemin şəffaflığını daha da şübhə altına alır.

Müsbət tərəf kimi qeyd edilə bilər ki, bəzi ali məktəblər son illərdə tədris proqramlarını beynəlxalq kurikulumlara uyğunlaşdırmağa, müəllimlərin kvalifikasiyasını artırmağa və rəqəmsallaşma sahəsində islahatlara başlamağa cəhd göstərirlər. Dünya təcrübəsində ali təhsil sistemində şəffaflıq və əmək bazarı ilə uyğunlaşma əsas indikatorlar sayılır. Məsələn, Almaniyada universitet müəllimlərinin işə qəbulu üçün mütləq açıq müsabiqə keçirilir və “habilitasiya” adlı ciddi elmi kvalifikasiya tələbi tətbiq olunur. Böyük Britaniyada “Research Excellence Framework” (REF) sistemi ilə universitetlərin elmi performansı rüblərlə ölçülür və nəticəyə görə maliyyələşmə həyata keçirilir. Birləşmiş Ştatlarda isə universitet müəllimlərinin işə qəbulu zamanı açıq elan, CV və elmi nəticələrin analizi, dərs nümunəsi və çoxpilləli müsahibə sistemi tətbiq edilir.

Azərbaycan universitetlərinin əmək bazarından uzaq düşməsinin əsas səbəbi həm proqramların məzmununun köhnəlməsi, həm praktiki təlimin olmaması, həm də sahibkar və işəgötürən strukturlarla əməkdaşlığın çox zəif olmasıdır. Bir çox fakültələrdə tələbələr yalnız nəzəri biliklərlə universiteti başa vurur, heç bir real layihədə iştirak etmədən, sahəyə getmədən məzun olurlar. Bu isə onların əmək bazarına hazır olmaması ilə nəticələnir.

Yaxın perspektivdə dəyişiklik üçün əsas addım ali təhsil sistemində akademik məsuliyyət və idarəetmədə şəffaflıq prinsiplərinin gücləndirilməsi, işə qəbul və təyinatlarda müsabiqə əsaslı mexanizmlərin tətbiqi, eləcə də universitetlərin əmək bazarı ilə inteqrasiya olunmuş proqramlara keçididir. Qanunvericilikdə universitetlərin daxili muxtariyyəti tanınsa da, bu muxtariyyət keyfiyyət və ictimai cavabdehliklə birgə tənzimlənməlidir.

Əgər bu problemlər sistemli şəkildə həll olunmasa, ali təhsil müəssisələri yalnız diplom verən, lakin bilik və bacarıq aşılamayan mərkəzlərə çevriləcək. Bu isə nə ölkə iqtisadiyyatına, nə də gələcək nəslin formalaşmasına töhfə verməyəcək. Beləliklə, ali təhsilin mahiyyəti dəyişdirilməli, şəffaf, açıq, əmək bazarına bağlı və akademik məhsuldarlığa əsaslanan sistem qurulmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 İyun 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri