MİQ imtahanında texniki problem: Namizədlər üçün yeni tarix müəyyən edildi
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, Balakən şəhər İmadəddin Nəsimi adına 2 nömrəli tam orta məktəbdə internet şəbəkəsində yaşanan texniki nasazlıq səbəbindən 41 namizəd imtahanı davam etdirə bilməyib. pizza
"Yarandığı andan etibarən texniki nasazlıq operativ şəkildə araşdırılıb, növbəti günlərdə təşkil ediləcək imtahanların fasiləsizliyi təmin edilib.
Qeyd edək ki, sözügedən namizədlər üçün imtahan prosesi iyulun 18-də təşkil olunacaq. İmtahanın yenidən təşkilinə dair müvafiq bildiriş namizədlərin şəxsi səhifələrinə göndəriləcək", - deyə məlumatda əlavə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 16 İyul 2026 01:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















