Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Əldə olan pulu artırmaq üçün bunu edin!

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Cəbrayılda əhali tibbi müayinədən keçdi

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Miqrant məsələsi yenə Rusiyada gündəmdədir

Miqrant məsələsi yenə Rusiyada gündəmdədir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya postsovet məkanında ən çox mühacir qəbul edən ölkədir. Statistikaya görə, hər il milyonlarla xarici vətəndaş bu ölkəyə işləmək, təhsil almaq və ya müvəqqəti yaşamaq məqsədilə gəlir. Bunun bir neçə səbəbi var. Rusiya MDB (Müstəqil Dövlətlər Birliyi) ölkələri arasında iqtisadi cəhətdən ən güclü və sənayeləşmiş dövlətlərdən biridir. Moskva, Sankt-Peterburq, Yekaterinburq və Krasnodar kimi iri şəhərlərdə əmək bazarı çox genişdir. Mühacirlər üçün xüsusilə tikinti, nəqliyyat, xidmət və ticarət sektorlarında iş tapmaq daha asandır. Rusiya hökuməti bir tərəfdən yerli işçi qüvvəsinin çatışmazlığını, digər tərəfdən də əmək bazarının ehtiyaclarını nəzərə alaraq, ölkəyə miqrasiya axınına şərait yaradır. Bu da, öz növbəsində, iqtisadi artıma kömək edir.

Etiraf etməliyik ki, Rusiya və keçmiş sovet respublikaları arasında tarixi, mədəni və dil bağları hələ də güclüdür. MDB ölkələrində rus dili geniş yayılıb, bu da mühacirlərin yerli mühitə uyğunlaşmasını asanlaşdırır. Bu səbəbdən Mərkəzi Asiyadan gələnlər, xüsusilə Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşları Rusiyada özlərini rahat hiss edirlər. Onlar üçün dil baryeri azdır, sosial inteqrasiya daha sürətli gedir.

Rusiya ilə bir çox keçmiş sovet ölkələri arasında viza rejimi olmadığından Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin vətəndaşları bu ölkədə çoxluq təşkil edir. Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan vətəndaşları Rusiyaya sərbəst şəkildə səfər edə, müvəqqəti qeydiyyatla işləyə bilirlər. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ilin əvvəlində ölkədə təxminən 11 milyon xarici vətəndaş qeydə alınıb. Mühacirlərin əksəriyyəti əmək miqrantları, yəni işləmək məqsədilə müvəqqəti yaşayan şəxslərdir.

Məlum olduğu kimi, Rusiyada azərbaycanlılar çoxsaylı mühacir icmalarından biridir. Onlar xüsusilə ticarət, tikinti, logistika və xidmət sektorlarında çalışırlar. Bundan əlavə, Moskva, Sankt-Peterburq, Samara, Tümen, Yekaterinburq, Krasnoyarsk kimi şəhərlərdə azərbaycanlı icmaları mədəni və sosial baxımdan fəal həyat sürür. Lakin son dövrlər sərtləşən qaydalar və artan yoxlamalar onların gündəlik həyatına müəyyən çətinliklər gətirib. 2025-ci ilin əvvəllərindən etibarən Rusiyada mühacirlərlə bağlı bir sıra yeni qaydalar qüvvəyə minib. Bu qaydalar xarici vətəndaşların ölkə ərazisində qalma müddətini, qeydiyyat sistemini və iş icazələrinin verilməsini ciddi nəzarət altına alır. Fevral ayında qəbul edilən qanuna əsasən, artıq qeydiyyatsız yaşayan və ya sənədlərinin müddəti bitən mühacirlər məhkəmə qərarı olmadan ölkədən çıxarıla bilər. Yeni qaydalara görə, Rusiya ərazisində bir il ərzində qalma müddəti maksimum 90 günlə məhdudlaşdırılıb.

Avqust ayında yayılan xəbərlərdə Rusiyadakı miqrantlar üçün rüsumların artacağı deyilirdi. Rusiya Federasiyası İctimai Palatasının qanun layihələrinin ictimai ekspertizası komissiyasının üzvü Yevgeni Maşarov bildirmişdi ki, miqrantların əlavə qeydiyyatı üzrə eksperimentin iştirakçıları istisna olmaqla, mövcud pulsuz prosedur əvəzinə əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin olduğu yerdə qeydiyyata alınması üçün 500 rubl tutulacaq (100 rubl–2.0988 AZN). Rusiya Federasiyasında müvəqqəti qalma müddətinin uzadılması, vizanın etibarlılıq müddəti ilə əlaqəli deyilsə, min rubla başa gələcək. İş icazəsinin uzadılması və ya patentin verilməsi indi 4200 rubla başa gələcək. Xarici işçilərin işə götürülməsi və istifadəsi üçün dublikat icazələrin verilməsi və ya onlara dəyişiklik edilməsi üçün 2100 rubl məbləğində rüsum müəyyən edilib. Yaşayış yerində qeydiyyat qiyməti indiki 420-yə qarşı min rubla qədər artacaq.

Başqa bir məsələ Rusiyanın mühacirlərdən siyasi alət kimi istifadə etməsidir. Yəni rəsmi Moskvanın hansı ölkə ilə münasibətlərində soyuqluq yaranırsa, dərhal bu rıçağı işə salır. Elə ötən aylarda Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda bunun şahidi olduq. Bir neçə azərbaycanlının müəyyən ittihamlarla evlərinə basqınlar edildi, ikisi döyülərək öldürüldü. Yekaterinburq şəhərində Rusiya polisinin xüsusi təyinatlı dəstəsinin törətdiyi əməl ağır cinayət faktı idi. Heç bir günahı olmayan azərbaycanlılar polis tərəfindən vəhşicəsinə qətlə yetirildi. Qeyd edək ki, Rusiya Federasiyası beynəlxalq miqrasiya qanunvericiliyinə əsasən, miqrantların hüquqlarını qorumağı öhdəsinə götürüb. Lakin real vəziyyət bu prinsiplərin əksinədir. Miqrantlara qarşı zorakılıq və ayrı-seçkilik hallarının artması, saxlanılan şəxslərin işgəncələrə məruz qalması, onların hüquqlarının təmin olunmaması BMT konvensiyalarına, eləcə də MDB çərçivəsində qəbul edilmiş öhdəliklərə uyğun gəlmir.

Rusiyadakı miqrantlar bəzən yerli əhali tərəfindən milli mənsubiyətinə görə təhqir edilir. Bir müddət öncə sosial şəbəkələrdə Mərkəzi Asiyadan olan miqrantın rusiyalı tərəfindən təhqir edilməsi videosu yayılmışdı. İnsanlar arasında bu cür münaqişələrin yaranmasında bəzi popilist siyasətçilərin rolu az deyil. Onlar vaxtaşırı “Rusiya ruslar üçündür” şüarı ilə yanğını körükləməyi xoşlayırlar. Belə politoloqların fikrincə, miqrantlar yerli rusların işsiz qalmasının əsas “səbəbkarlarıdır”.

Sonda qeyd edək ki, iki ölkə arasında münasibətlərin yaxşılaşması Rusiyada yaşayan azərbaycanlıların vəziyyətinə də müsbət təsir edəcək.

Yeganə HACIYEVA,
politoloq

Azərbaycan xoşməramlı qonşu, beynəlxalq münasibətlərdə sülh tərəfdarı kimi, heç bir ölkə ilə gərginlikdə maraqlı deyil. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt müharibəni birinci başlayan tərəf olmayıb. İstər mediada, istər diplomatik platformalarda, istərsə də döyüş meydanında həmişə cavab verən tərəf olmuşuq, bu tip çağırışların təşəbbüskarı olmamışıq.

Rusiya ilə münasibətlərə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi həmişə çalışıb ki, Rusiya ilə münasibətlər xoş və strateji xarakter daşısın. Digər tərəfdən, Rusiyada müəyyən lobbi qruplarının mövcudluğuna baxmayaraq, Moskva da anlayır ki, regionda öz maraqlarını qorumaq üçün Azərbaycanla əməkdaşlığı müsbət məcrada saxlamaq vacibdir. Mühacir məsələsinə gəlincə, qeyd etmək lazımdır ki, Rusiyada 1990-cı illərdən bəri formalaşan bir tendensiya var. Ölkə daxilində sosial və siyasi böhranlar yarananda, hakimiyyət diqqəti yayındırmaq üçün müxtəlif mövzulara əl atır və bunlardan biri də miqrantlardır. 1990-cı, 2000-ci illərdə və indi Rusiya cəmiyyətində baş verən proseslərdən diqqəti yayındırmaq, daxili auditoriyanı manipulyasiya etmək üçün miqrant kartından istifadə olunur. Hakimiyyət bəzən “vətənpərvərlik” və “millətçilik” ritorikasından ictimai rəy formalaşdırmaq vasitəsi kimi dövriyyəyə salır. Bu ritorika gündəmə gətirildikcə, miqrantlara qarşı təzyiqlər və neqativ münasibət paralel şəkildə artır. Halbuki belə yanaşma fundamental insan hüquq və azadlıqlarına açıq şəkildə ziddir. Rusiya özü Baltikyanı ölkələrdə rus icmalarına qarşı ayrı-seçkilik siyasətindən narazılıq ifadə edir, lakin eyni davranış modelini ölkə daxilində digər millətlərə, o cümlədən azərbaycanlı miqrantlara qarşı sərgiləyir.

Narahatedici məqam ondan ibarətdir ki, bu siyasət yalnız qeyri-qanuni miqrantlara deyil, çoxdan Rusiya vətəndaşlığı əldə etmiş şəxslərə də şamil olunur. Azərbaycan mənşəli vətəndaşlar belə hallarda tez-tez haqsız münasibətlə üzləşirlər. Bununla belə, Rusiya dövlətinin dayanıqlılığında mühüm rol oynayan qüvvələrdən biri məhz Azərbaycana bağlı olan şəxslər və onların rəhbərlik etdiyi diaspor təşkilatlarıdır. Onların fəaliyyəti təkcə mədəni körpü, iki ölkə arasında sosial və iqtisadi əlaqələrin sabitliyini deyil, həm də Rusiya daxilində sosial sabitliyi təmin edən amillərdən biridir. Məhz bu amilə görə Rusiya hakimiyyəti həm mühacir soydaşlarımızla, həm də artıq vətəndaşlıq almış azərbaycanlılarla münasibətləri konstruktiv və xoş məcrada saxlamaq məcburiyyətindədir. İnanırıq ki, yaxın gələcəkdə iki ölkə arasında münasibətlərin normallaşması prosesi bu istiqamətdə müsbət tendensiyanı daha da möhkəmləndirəcək, qarşılıqlı etimadı gücləndirəcək.

Musa BAĞIRLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see971

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see385

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see278

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see263

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see218

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see213

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see206

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see192

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see190

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see183

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see171

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see170

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see161

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see161

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri