Miqrantlar çimərliyə axın etdi Turistlər ƏŞYALARINI ATIB QAÇDI ŞOK GÖRÜNTÜLƏR
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Aralıq dənizi vasitəsilə Avropaya qanunsuz keçid etməyə çalışan miqrantlar artıq İspaniyanın kontinental hissəsinə, birbaşa istirahət zonalarına yanaşmağa başlayıblar.
Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, Mursiya əyalətində yerləşən məşhur "La Manga Club" yaxınlığındakı çimərliyə onlarla miqrantın olduğu qayıq daxil olub.
Çimərlikdə istirahət edən turistlərin gözü qarşısında qayıqdakı şəxslər özlərini suya ataraq sahilə çıxıblar. Hadisə şahidlərinin sözlərinə görə, təşvişə düşən istirahətçilərin bir hissəsi təcili əşyalarını toplayaraq ərazini tərk edib, digərləri isə dərhal polislə əlaqə saxlayıblar.
Sahilə çıxan miqrantlar qısa müddətdə ətrafa səpələnərək yaxınlıqdakı yaşayış məntəqələrinə doğru istiqamət götürüblər. Hüquq-mühafizə orqanları ərazidə axtarış və nəzarət tədbirlərini gücləndirib.
Baxış sayı:96
Bu xəbər 20 Avqust 2026 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















