Miqrasiya siyasətində Avropa dəyişir: Diaspora və Azərbaycan üçün nəticələr nədir?
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Niderland və Avropada populizmin yüksəlişi, miqrasiya əleyhinə etirazlar var.
Nəzərə almaq lazımdır ki, Avropada azərbaycanlı diasporlar var və bu məsələdə miqrantlar təzyiqlərlə qarşılaşa bilər.
Ümumiyyətlə, Qərbin miqrasiya siyasətinin Cənubi Qafqaza, konkret olaraq isə Azərbaycana təsirləri nələr ola bilər?
Bu siyasi dalğa Avropa İttifaqının ümumi miqrasiya siyasətini mənfi mənada dəyişdirə bilər?
Ümumiyyətlə, son illərdə Niderland və digər Avropa ölkələrində sağçı populist partiyaların yüksəlişi diqqəti çəkir, doğrudur.
Bu siyasi dalğa, xüsusilə miqrasiya siyasətinə ciddi təsir göstərir. Məsələn, sərhədlərin sərtləşməsi, miqrant axınlarının məhdudlaşdırılması və sosial inteqrasiyanın çətinləşdirilməsi kimi addımlar gündəmə gəlir.
Ola bilsin ki, Avropadakı azərbaycanlı diasporlar və ümumilikdə miqrantlar bu siyasətdən birbaşa təsirlənə bilər.
Sosial adaptasiya, iş imkanları və hüquqların qorunması baxımından təzyiqlər arta da bilər.
Sağçı populist hökumətlər tez-tez miqrantları ictimai problemlərin səbəbi kimi təqdim edir, bu isə diaspor üzvlərinin gündəlik həyatını daha mürəkkəb hala gətirir.
Qərbin miqrasiya siyasətinin Cənubi Qafqaz və Azərbaycana təsiri isə daha dolayısıdır. Avropa İttifaqı miqrant axınlarını məhdudlaşdırmaq üçün qonşu regionlarla əməkdaşlığı gücləndirə bilər.
Bundan əlavə, Avropadakı sərtləşmiş miqrasiya siyasəti diplomatik və iqtisadi təsirlərə də yol aça bilər. Məsələn, Azərbaycan Avropaya işçi qüvvəsi göndərmək imkanlarını qiymətləndirməli, diaspora siyasətini gücləndirməli və Avropa ilə əməkdaşlıq çərçivəsində miqrasiya ilə bağlı dialoqlar aparmalıdır.
Ancaq konkret demək olarsa, Avropada sağçı populizmin yüksəlişi yalnız miqrantlara təsir etmir, həm də Azərbaycan üçün strateji mesajdır: kiçik və orta ölçülü dövlətlər, Avropadakı siyasət dəyişikliklərini diqqətlə izləməli və öz diaspora siyasətini buna uyğun tənzimləməlidir.
Elmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 22 Sentyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















