Icma.az
close
up
RU
Azərbaycan Çində diaspora fəaliyyətini gücləndirməlidir

Azərbaycan Çində diaspora fəaliyyətini gücləndirməlidir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

 Çin artıq öz siyasi ambisiyaları olan güc mərkəzi kimi dünya geosiyasətində aktiv oyun qurur 


Dünya nizamının dəyişdiyi, ölkələr, xalqlar arasında əlaqələrin yenidən formalaşdığı zaman kəsiyində diaspor təşkilatlarının yaranması və fəaliyyəti ölkəmiz üçün vacib amildir. Dünya xalqlarının bir-birinə inteqrasiyası, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu fonunda diaspor quruculuğu tarixi zərurət kimi meydana çıxır. Müasir dünyanın çağırışlarına hər zaman çevik cavab verən Azərbaycan bu sahədə də məqsədyönlü siyasət yürüdür. Düzgün, düşünülmüş siyasətin nəticəsidir ki, beynəlxalq aləmdə dövlətimizin maraqlarının müdafiəsi, ölkəmizin həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük qüvvə kimi çıxış edən diaspor təşkilatlarımız gündən-günə fəallaşır. Xaricdə yaşayan azərbaycanlıların tarixi vətənləri ilə sıx təmasda olmaları, yaşadıqları ölkələrdə Azərbaycanı qürurla, iftixarla təmsil etmələri isə müstəqil dövlətimizi daha da gücləndirir. Azərbaycanın diaspor fəaliyyəti göstərdiyi mühüm ölkələrdən biri də Çindir. Azərbaycanlılar Asiya qitəsinin demək olar ki, hər bir ölkəsində məskunlaşaraq burada diaspor təşkilatı, müxtəlif cəmiyyət və birliklər yaradıblar. Məhz elə buna görədir ki, Azərbaycan diasporunun üçüncü böyük hissəsinin Asiya qitəsində məskunlaşdığı bildirilir. Konkret Çində təqribən 30 mindən çox azərbaycanlının yaşadığı deyilir. Dünyada əhali sayına görə öndə gedən ölkələrdən sayılan Çində yalnız bir dənə Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. “Çin azərbaycanlıları” İctimai Birliyi yaxın illərdə təsis edilib. İctimai Birlik Azərbaycan həqiqətləri və ölkəmizin zəngin tarixi-mədəni irsinin tanıdılması istiqamətində fəaliyyət göstərir.

Azərbaycanla Çin arasında siyasi dialoq, iqtisadi tərəfdaşlıq əlaqələri daha da genişlənir. Dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri mühüm rol oynayır. Son dönəmdə iki ölkənin rəsmiləri arasında səfərlər intensivləşib, bütün sahələr üzrə danışıqlar və razılaşmalar dinamik xarakter alıb. Çinin Sədri Si Cinpin ikitərəfli münasibətlərin yüksək dinamika ilə inkişafında Azərbaycan Prezidentinin rolunu həmişə yüksək dəyərləndirib və Prezident İlham Əliyevi Çinin böyük dostu adlandırıb. Bütün bunlar dinamik xarakter daşıyan qarşılıqlı əlaqələrin yeni mərhələyə yüksəldiyinin göstəricisi hesab oluna bilər. Prezident İlham Əliyevin Çinə səfəri fonunda iki ölkə arasında imzalanan müqavilə münasibətləri daha yüksək bir mərhələyə çatdırdı. Nəzərə almaq lazımdır ki, Çində imzalanan bəyannamədə iki ölkə arasında hərtərəfli əməkdaşlıq adlanan strateji münasibətlər üzrə birgə bəyənnamə vurğusu var. Bu onu göstərir ki, Azərbaycan və Çin bu gün öz əlaqələrini ən yüksək səviyyəyə çatdırmaqdadır. Eyni zamanda iki ölkənin münasibətlərində tarixi məqam gəlib çatıb. Daha əvvəl Azərbaycan Çin vətəndaşları üçün vizanı aradan qaldırmışdı. İndi isə Azərbaycan vətəndaşları Çinə vizasız gedib gələcəklər. Bütün bunlarla yanaşı, Azərbaycan Çinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayır. Özəlliklə Tayvan məsələsi ətrafında Çinə qarşı müəyyən basqılar edən beynəlxalq güclərin qarşısında Azərbaycan cəsarətlə Çinin ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Eyni zamanda Çin də hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Hər bir halda Çin və Azərbaycan münasibətləri arasında böyük bir tarixi məqam yetişib ki, bu, təkcə ticari, iqtisadi və siyasi əlaqələri deyil, mədəni və elmi əlaqələri də dərinləşdirir. Dövlətlər arasında imzalanan sənədlərin çeşidlərinə, müxtəlifliyinə, əhəmiyyətinə nəzər salanda görərik ki, bunlar çox mühüm sənədlərdir. Bu, bir tərəfdən normativ hüquqi bazanı möhkəmləndirir, digər tərəfdən yeni perspektivlər formalaşdırır. Çünki Çin dünya siyasətində və iqtisadiyyatında mühüm aktordur. Azərbaycanın da mühüm geosiyasi mövqedə yerləşməsi Çin üçün əhəmiyyət kəsb edir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub, Zəngəzur dəhlizləri kimi mühüm layihələrdə Çin fəal yer almağa çalışır. Çinin qlobal əhəmiyyətli “Bir kəmər, bir yol” layihəsi, qarşılıqlı investisiya, maraqlar və digər iqtisadi artıma hesablanıb. Bu dövlət səfərinin ölkəmiz üçün böyük iqtisadi faydaları olacaq. Beləliklə, Prezident İlham Əliyevin Çinə səfəri iki ölkə arasındakı əlaqələrdəki müştərək qarşılıqlı fəaliyyətin əsas hərəkətverici qüvvəsinə çevrilir. Azərbaycanla Çinin iqtisadi, geosiyasi və strateji mülahizələrini əhatə edən münasibətlər sisteminin dərinləşməsi böyük dividendlər deməkdir. Ümumiyyətlə, 1991-ci ilin dekabrın 27-də Çin Xalq Respublikasının  Azərbaycanın müstəqilliyinin tanıması və 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulması ilə Azərbaycan-Çin münasibətlərinin müasir mərhələsi başlayıb. Məlumat üçün bildirək ki, Çin 1992-ci ildə Bakıda, Azərbaycan isə 1993-cü ildə Pekində səfirlik açıb. Yüksəksəviyyəli səfərlər 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Çinə rəsmi səfəri ilə başlayıb. Xüsusi qeyd olunmalıdır ki, hazırda dövlətlərarası münasibətlərdə balansı qorumaq, xarici siyasət kursunda qarşılıqlı dinamikanı saxlamaq olduqca təmkinli və müdrik siyasət yürüdülməsini tələb edir. Bu baxımdan Azərbaycan Cənubi Qafqazın ən güclü aktoru olaraq Qərblə Şərqin maraqlarının kəsişməsində özünün tarazlı siyasi iradəsini nümayiş etdirir. Bu siyasi xətt Çinin də maraqlarına cavab verir. Çin Cənubi Qafqazda Rusiyanın maraqlarına toxunmadan “yumşaq iqtisadi güclə” özünün hakim mövqeyini möhkəmləndirməklə həm də yaranmış siyasi boşluğu doldurmaqadadır. Rəsmi Bakı və Pekin bu mürəkkəb dövrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, regional və beynəlxalq təhlükəsizlik, iqtisadi inkişaf, mədəni əlaqələrin genişləndirilməsi baxımından həm region dövlətləri, həm də dünya üçün faydalı təşəbbüskarlıqla bərabər niyyət və məramlarla çıxış edir.


Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında bildirib ki, müasir dünyanın nəhəng güclərindən olan Çin dünya geosiyasətindəki roluna iqtisadiyyatdan başlayıb. Ekspertin sözlərinə görə, öncə iqtisadi cəhətdən güclənən və əlaqə qurduğu ölkələrlə ticari əlaqələrini inkişaf etdirən, "yumşaq güc" siyasətinə üstünlük verən Çin artıq beynəlxalq arenaya siyasi oyunçu kimi daxil olmaqdadır:


 "Təbii ki, Çin BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi hər zaman siyasi arenada söz sahibi olub. Amma bu, Çini güc mərkəzi kimi çıxış etməyə imkan verməyib. Son 20 ildə iqtisadi baxımdan daha da güclənən Çin artıq öz siyasi ambisiyaları olan güc mərkəzi kimi dünya geosiyasətində aktiv oyun qurur. Azərbaycan müstəqilliyinin ilk illərindən bu günə kimi Çinlə müsbət əlaqələr saxlayıb. İqtisadi cəhətdən əlaqələr yüksələn xətt üzrə inkişaf edib. Azərbaycan dövləti ilə yanaşı, vətəndaşlarımız da Çinlə iqtisadi əlaqələr yaradıblar. Azərbaycan bazarında Çin malları önəmli yer tutub. Azərbaycan Çinlə daha çox iqtisadi əlaqələrdə maraqlı olub. Buna baxmayaraq, Azərbaycan Çində diaspora formalaşdıra bilibsə, bunun özünü müsbət hal hesab etmək olar. Təbii ki, Çin əhalisinin sayı ilə müqayisədə geniş mənada diaspora fəaliyyəti yürütmək məntiqlə mənasız işdir. Çin dövlətinin siyasi quruluşu elədir ki, bu ölkədə söz sahibi Kommunist Partiyasıdır və onun qərarları keçərlidir. Bir sözlə, iki ölkə arasında münasibəti hansı ölkənin Çin ilə daha çox iqtisadi əlaqə qurması müəyyən edir".


Müsahibimizin qənaətincə, Azərbaycanın Çinlə iqtisadi əlaqələri çox olduğu üçün Çin də Azərbaycana xoş münasibət bəsləyir:

 "Çoxları düşünə bilər ki, bu məntiqlə Çin Amerika ilə ən yaxın dost və müttəfiq olmalı idi. Amma elə deyil. Onlar mehriban düşmənlərdir. Qarşılıqlı iqtisadi əlaqələr qururlar. Amerikanın Çinə trilyonlarla dollar borcu var, illik iqtisadi dövriyyə 750 milyard dollardan çoxdur. Buna rəğmən, Amerika da Çinin güclənməsini istəmir, nəzarətdə saxlayır. Tayvanı dəstəkləməklə Çin ətrafında gərginliyi artırır. Görünən odur ki, tək Azərbaycan yox, bütün dünya Çinlə ticari əlaqələrə xüsusi diqqət yetirir. Amma Çinin Ukrayna müharibəsində, İran-Səudiyyə Ərəbistanı arasında barışdırıcı kimi çıxış etməsi onun siyasi çəkisini artırır. Zamanla Çinin tək iqtisadi yox, siyasi oyunçu kimi rolunun artması fonunda digər ölkələrin də siyasi dəstək üçün Çinə üz tutacağı dövr gələ bilər. Yeni dünya düzəninin formalaşması fonunda Çinin əsas qütblərdən bir olacağı ehtimalı böyükdür".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Aprel 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri