Icma.az
close
up
RU
Miqrenin erkən simptomlarına qarşı effektli dərman aşkarlanıb TƏDQİQAT

Miqrenin erkən simptomlarına qarşı effektli dərman aşkarlanıb TƏDQİQAT

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 14 may, AZƏRTAC

“Nature Medicine” jurnalında dərc olunmuş yeni bir faza III klinik tədqiqatın nəticələrinə görə, miqren müalicəsində istifadə olunan “Ubrogepant” adlı dərman yalnız baş ağrısının özünü deyil, eyni zamanda, baş ağrısından əvvəlki mərhələdə (prodromal və ya aura fazası) müşahidə olunan simptomları da əhəmiyyətli dərəcədə azalda bilər.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, bu tapıntı “Ubrogepant”ın miqrenin erkən xəbərdarlıq əlamətləri üçün təsdiqlənmiş ilk kəskin müalicə vasitəsi ola biləcəyini göstərir. Miqrenin prodromal mərhələsində işığa və səsə həssaslıq, ürəkbulanma, boyun ağrısı və başgicəllənmə kimi simptomlar baş verə bilər ki, bunlar da gündəlik fəaliyyətə ciddi təsir göstərir. Bu mərhələnin simptomlarına qarşı effektiv müalicə metodları indiyə qədər geniş şəkildə tədqiq olunmayıb.

Tədqiqatda miqren diaqnozu qoyulmuş, ən azı bir illik miqren tarixçəsinə malik olan 438 nəfər iştirak edib. İştirakçılar ikiqat kor metodologiya ilə təsadüfi olaraq iki qrupa bölünüb və prodromal simptomlar müşahidə edildiyi anda ya 100 mq “ubrogepant”, ya da “plasebo” qəbul ediblər. Sonra iştirakçılar ikinci prodromal epizod zamanı əks müalicəni qəbul ediblər.

Nəticələr göstərib ki, “Ubrogepant” qəbul edən iştirakçılar müalicədən bir saat sonra konsentrasiya qabiliyyətində yaxşılaşma, iki saat sonra işığa qarşı həssaslıqda azalma, üç saat sonra isə yorğunluq və boyun ağrısında əhəmiyyətli azalma bildiriblər. Bundan əlavə, başgicəllənmə və səsə həssaslıq kimi digər simptomlar da 4-24 saat ərzində azalıb. Bu nəticələr dərman vasitəsinin yalnız miqren baş ağrısının deyil, həm də prodromal simptomların idarə olunmasında təsirli olduğunu ortaya qoyur. Bununla belə, tədqiqatçılar dərmanın prodromal simptomlara təsirini daha dəqiq qiymətləndirmək üçün əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri