Icma.az
close
up
RU
Miqrenin yeni mexanizmi aşkarlandı

Miqrenin yeni mexanizmi aşkarlandı

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın Kazan Federal Universitetinin (KFU) alimləri müəyyən ediblər ki, xüsusilə uşaqlıq dövründə keçirilmiş iltihabi proseslər gələcəkdə miqrenin daha ağır keçməsinə səbəb ola bilər. 

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Araşdırmaya görə, orqanizmdə sistemli iltihab miqren tutmalarının səs və işıq həssaslığı ilə müşayiət olunan, döyünən xarakterli güclü baş ağrılarının – daha kəskin və tez-tez baş verməsində “gücləndirici” rol oynayır. Alimlər immun cavab ilə sinir sisteminin hiperaktivliyi arasında molekulyar və hüceyrə mexanizmlərini üzə çıxarıblar ki, bu da gələcəkdə miqrenin müalicəsində yeni strategiyaların hazırlanmasına imkan verə bilər.

Miqren sadə baş ağrısı deyil, həyat keyfiyyətini ciddi şəkildə aşağı salan mürəkkəb nevroloji xəstəlikdir. Xəstəlik böyüklərdə 4–72 saat, uşaqlarda isə 2–72 saat davam edən, adətən birtərəfli, döyünən və orta və ya yüksək intensivlikli ağrı tutmaları ilə özünü göstərir. Tutmalar zamanı işıq və səsə həssaslıq, fiziki fəaliyyət zamanı ağrının artması müşahidə olunur.

KFU-nun OpenLab “Gen və hüceyrə texnologiyaları” elmi laboratoriyasının baş elmi işçisi Albert Rizvanov bildirib ki, miqrenə irsiyyət, yuxu rejimi, stress, hormonal dəyişikliklər və həyat tərzi kimi çoxsaylı amillər təsir göstərir. Onun sözlərinə görə, erkən yaşlarda baş verən iltihabi proseslər sinir–immun mexanizmlərini elə “tənzimləyə” bilər ki, ağrı sistemi daha həssas hala gəlsin və simptomlar daha kəskin şəkildə özünü göstərsin.

Tədqiqat çərçivəsində alimlər siçovullarda sistemli iltihabı modelləşdirərək, bakterial mənşəli lipopolisaxarid maddəsindən istifadə ediblər. Xüsusilə erkən inkişaf mərhələsində yaradılan iltihabın uzunmüddətli təsirləri araşdırılıb və bunun ağrı həssaslığını artırdığı müəyyən edilib. Nəticələr göstərib ki, belə hallarda ağrıya səbəb olan sinir ucları daha asan aktivləşir, işığa həssaslıq və mexaniki stimullara qarşı həddindən artıq ağrı reaksiyası yaranır.

Alimlər vurğulayırlar ki, orqanizmdə iltihabi maddələrin daim yüksək səviyyədə qalması ağrı sistemini “hazır vəziyyətdə” saxlayaraq miqren tutmalarının daha tez və ağır formada baş verməsinə zəmin yarada bilər. Mütəxəssislərin fikrincə, xroniki iltihabın nəzarətdə saxlanılması təkcə ümumi sağlamlıq üçün deyil, eyni zamanda miqrenin idarə olunması baxımından da faydalı ola bilər.

Gələcəkdə miqrenin müalicə strategiyalarının yalnız hədəfli dərmanlarla deyil, həm də immun sisteminə, maddələr mübadiləsinə və mikrobioma təsir göstərən yanaşmalarla zənginləşdiriləcəyi istisna edilmir.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Yanvar 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri