Icma.az
close
up
RU
Zərif duyğuların şeiriyyəti

Zərif duyğuların şeiriyyəti

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Yazıçılar Bir­liyinin (AYB) Natəvan klu­bunda Nəzakət Məmməd­linin kitablarının təqdimatı olub. Nəzakət Məmmədli həm rəhbərlik etdiyi Respublika Xatirə Kitabı Redaksiyasında, həm təsisçisi və baş redaktoru olduğu “Yada düşdü” jurnalında gördüyü əzəmətli işlərlə, həm də poetik yaradıcılığı ilə Vətənə xidmət etmək missiyasını layiqincə yerinə yetirir. 

Şeirləri dövri mətbuatda davamlı yayımlanan istedadlı şair-publisistin 2002-ci ildən bəri 10-a qədər şeir kitabı, o cümlədən “Ömrüm”, “Ömrün qatarı” adlanan poeziya toplusu Azərbaycanda nəşr olunub. Nəzakət xanım həm də “Vətən daşı”, yaxud 44 günlük dastanı” adlı film-layihənin, irihəcmli poemaların müəllifidir.

Bu sıraya “Xatirə kitabı: 44 gün – tarixi Zəfər” çoxcildliyi, “Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bir neçə kitab da aiddir. Bəxtinə fədakarlıq etmək düşən xanım şairin bu barədə misraları düşündürücüdür:

Qəfildən başlayır sonun əvvəli,
Qaytarmaq olmayır bitəndə vaxtı.
Göylərin hökmüylə, sehirli əllə
Hər kəsin alnına yazılır baxtı.

Onun haqqında Türkiyə mətbuatında da maraqlı məqalələr yazılıb. 2014-cü ildə qardaş ölkədə şairin şeir və məqalələrdən ibarət “Saralmış yarpağa bənzəyir ömrüm” kitabı işıq üzü görüb. İnişil isə İstanbulda İmdat Avşarın çevirməsində “Yurd həsrəti” adlı şeirlər toplusu Türkiyə türkcəsi ilə nəşr edilib. 

Nəzakət Məmmədlinin həm bu, həm də Bakıdakı “Zərdabi Nəşr” MMC-də yenicə çapdan çıxmış “Köhnəlməyən xiffət” şeirlər kitabı oxuculara təqdim olundu. Məclisi açan “Qobustan” incəsənət dərgisinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Pərvin Nurəliyeva müəllifin yaradıcılıq məziyyətlərindən ətraflı bəhs etdi. Onun vətənpərvərlik şeirlərini incələdi.

Dalğalanır arzuların bayrağı,
Hər təbəssüm bir ümidin yarpağı.
Zəfər ətri bürüyübdür torpağı,
Qarabağa bahar gəlir, İlahi!

AYB-nin katibi, yazıçı Elçin Hüseynbəyli, Azərbaycan ədəbiyyatının Türkiyədə yorulmaz təbliğatçısı, şair-tərcüməçi İmdat Afşar, Xalq yazıçısı Elmira Axundova, filologiya elmləri doktoru, professor Maarifə Hacıyeva, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Türkiyəli yazar – “Türk ədəbiyyatı” dərgisinin əməkdaşı Səadət Örməci, Əməkdar jurnalist Zemfira Məhərrəmli, tənqidçi-publisist Hikmət Məlikzadə, şair Adilə Nəzər və başqaları ürək sözlərini söylədilər.

Xüsusi vurğulandı ki, 3 hərbçi övladı olan Nəzakət xanımın yaradıcılığından vətənpərvərlik mövzusu qırmızı xətlə keçir. “Yurd həsrəti”nin tərtibçisi və ön söz müəllifi İmdat Avşar N.Məmmədlinin ədəbi-bədii yaradıcılığından, onun poetik düşüncələrindən və ictimai fəaliyyətindən söz açarkən dedi: “Nəzakət Məmmədli duyğuları Vətən torpağı, yurd və millət sevgisi ilə yoğrulmuş, könlünün zirvələrində hər zaman üçrəngli Azərbaycan bayrağını dalğalandıran şairdir”.

“Köhnəlməyən xiffət” kitabı da təkcə poetik duyğular toplusu deyil, həm də milli yaddaşın poetik forması kimi təqdir edildi. Şahanə Müşfiq demişkən, 3 hərbçi övlad anasının bu şeirlərini oxumaq bir şairin şeir dünyasına qonaq olmaqla bərabər, həm də xalqın yaşadığı tarixi, çəkdiyi ağrını, qazandığı zəfəri, insan ömrünün heç bitməyən, köhnəlməyən xiffətini hiss etməkdir. Zaman keçir, illər dəyişir, amma Vətən sevgisi, şəhid xatirəsi və anaların duası hər zaman yenidir. 

Ağlama, şəhid qızı,
Dərdin mənə tanışdı.
Ürəyim param-parça,
Qəmim naxış-naxışdı.

Şair xanım nikbinliyini də itirmir, ona görə də belə deyir:

Gəl, şair könlümü qarış-qarış gəz,
Gör, necə çağlayır sinəmdə həvəs.
Küləklər odumu söndürə bilməz,
Misra-misra yanan közüm var mənim.

Təqdimat mərasiminə qatılan qələmdaşları, duyğu ortaqları, ruh əkizləri ixtisasca psixoloq olan incə ruhlu gözəl şairin, xoşsima xanımın iç dünyasına vardıqca sanki onu yenidən tanıdılar, səslənən şeirlərinin qanadlarında ənginliklərə baş vurdular. 

Ə.NƏCƏFXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 May 2025 06:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1213

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see490

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see380

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see378

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see372

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see330

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see313

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see275

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see206

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see182

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see164

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see157

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see157

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri