Icma.az
close
up
RU
“Mirage 2000” qırıcıları Ukraynada Döyüş təyyarələri müasir sistemlərlə təchiz edilib

“Mirage 2000” qırıcıları Ukraynada Döyüş təyyarələri müasir sistemlərlə təchiz edilib

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransa Prezidenti Emmanuel Makronun 2024-cü il iyunun 6-da təhvil verildiyini elan etdiyi “Mirage-2000” qırıcı təyyarələri bu gün Ukraynaya gətirilib.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki. bu barədə Fransanın müdafiə naziri Sebastian Lekornu cümə axşamı bildirib. Onun sözlərinə görə, bir neçə aydır Fransada təlim keçən ukraynalı pilotların idarə etdiyi təyyarələr Ukrayna səmasının qorunmasında iştirak edəcək.

Lekornu Ukraynaya artıq neçə təyyarənin gətirildiyini dəqiq açıqlamayıb. Bildirib ki, ölkəyə söz verilən qırıcıların ilk partiyası gətirilib.

Ötən ilin sonunda Lekornu bildirib ki, “Mirage”-lar 2025-ci ilin ilk üç ayı ərzində Ukraynaya təhvil veriləcək. Onun sözlərinə görə, təyyarə yeni texnologiya, xüsusilə havadan yerə atəş sistemləri və elektron döyüş sistemi ilə təchiz edilib.

Makron daha əvvəl vurğulamışdı ki, döyüş təyyarəsi Ukraynaya öz torpaqlarını və hava məkanını müdafiə etməyə imkan verəcək. O, həmçinin neçə təyyarənin veriləcəyinin planlaşdırıldığını dəqiqləşdirməyib.

"Mirage 2000" dördüncü nəsil çoxməqsədli tək mühərrikli reaktiv qırıcıdır. Fransa, Misir, Hindistan və Tayvan da daxil olmaqla bir sıra ölkələrin Hərbi Hava Qüvvələrində istismar olunur.

Ötən ilin iyulunda məlum olub ki, Ukrayna ABŞ istehsalı olan ilk F-16 qırıcılarını alıb və artıq Rusiya ilə müharibədə onlardan istifadə edir. Təyyarələri Ukraynaya ABŞ deyil, onun avropalı müttəfiqləri verir. Təslim edilən qırıcıların dəqiq sayı barədə məlumat verilməsə də, bunun 10-dan az olduğu aydındır.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Fevral 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri