Fransa istehsalı olan “Mirage 2000” Ukraynada sıradan çıxdı
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransa istehsalı olan “Mirage-2000” döyüş təyyarəsi Ukraynada sıradan çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, təyyarə tapşırıq zamanı nasazlıq yaşayıb və pilot insident barədə uçuş komandirinə məlumat verib, sonra böhran vəziyyətləri üçün müəyyən edilmiş prosedurlara uyğun hərəkət edib.
Hərbi Hava Qüvvələrindən verilən məlumata görə, axtarış-xilasetmə qrupu pilotu tapıb, onun vəziyyəti stabildir, yerdə heç kim xəsarət almayıb.
Xüsusi komissiya aviasiya qəzasının səbəblərini araşdırır.
Qeyd edək ki, Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna 2025-ci ilin fevralında Fransadan “Mirage-2000” qırıcılarının ilk partiyasını alıb. Tərəflər təyyarələrin konkret sayını açıqlamayıblar.

Fransa Ukraynaya “Mirage 2000” qırıcları göndərib
06 Fevral 2025 14:40
Ukrayna “Mirage 2000” qırıcısını itirdi Fransa təyyarəsinin avadanlıqları sıradan çıxıb
23 İyul 2025 10:40
Fransa “Mirage 2000” qırıcısını Ukraynaya təhvil verib
06 Fevral 2025 14:14
“Mirage 2000” qırıcıları Ukraynada Döyüş təyyarələri müasir sistemlərlə təchiz edilib
06 Fevral 2025 21:54

