Ukraynada “F 16” və “Mirage 2000” qırıcıları iş başındadır Yüzlərlə rus raketi vurulub
Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukraynanın “F-16” və “Mirage-2000” çoxməqsədli qırıcıları ötən gecə hava hücumundan müdafiə qüvvələrinə Rusiyanın 34 raketini və 100 pilotsuz təyyarəsini vurmağa kömək edib. Xatırladaq ki, martın 7-nə keçən gecə rus işğalçıları mühüm infrastruktur obyektlərinə müxtəlif növ hava, quru və dəniz raketləri ilə birgə zərbə endiriblər.
"Zərbənin əsas istiqaməti Ukraynanın qaz hasilatı obyektlərinə yönəldilib", - Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının “Facebook”-dayaydığı açıqlamada deyilir.
İlkin məlumatlara görə, Hərbi Hava Qüvvələrinin radiotexniki bölmələri tərəfindən düşmənin 261 hava hücumu texnikası - 67 müxtəlif təyinatlı raket və 194 hücum PUA və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının imitatoru aşkar edilərək zərərsizləşdirilib.
AzPolitika.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 07 Mart 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















