Icma.az
close
up
RU
Mirça Rednik: “Qurban Qurbanov çox ağıllı məşqçidir”

Mirça Rednik: “Qurban Qurbanov çox ağıllı məşqçidir”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Bu matç hər iki komanda üçün vacibdir. FKSB üçün isə xüsusi matç olacaq. Çünki onlar ilk 8 yerdə qərarlaşmaq istəyirlər”.

"Cebheinfo.az" xəbər verir ki, bunu futbolinfo.az saytına açıqlamasında Rumıniyanın “UTA Arad” klubunun baş məşqçisi Mirça Rednik deyib.

Vaxtilə “Xəzər Lənkəran”da işləmiş mütəxəssis bu gün Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda baş tutacaq “Qarabağ” – FCSB görüşündən danışıb: “Qarabağ” da bu görüşdə qələbə qazanmaq niyyətindədir. Çünki Azərbaycan təmsilçisinin turnir cədvəlində vəziyyəti yaxşı deyil. Mən “Qarabağ”ın futbol mentalitetinə bələdəm, onlar qələbə qazanmaq üçün hər şeyi edəcəklər. Bunu əminliklə söyləyə bilərəm. FCSB də yaxşı heyətə sahibdir. Çünki onların prezidenti Cici Bekali imkanları geniş olan bir şəxsdir. Demək olar ki, Rumıniyadakı istedadlı gənc futbolçuların əksəriyyəti bu klubda çıxış edir. Həmçinin bu, Cici Bekali üçün biznesdir. O, gənc futbolçuları alıb yaxşı qiymətlərlə sata bilir. Demək olar ki, heyət tez-tez dəyişir, amma bu klubun hədəflərini dəyişmir. Onlar daim yüksək nəticələr üçün oynayırlar. Mən Bekalini gənclik illərindən tanıyıram. O, ambisiyaları daim yüksək olan biridir”.

Rednik “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan da söz açıb: “Qarabağ”a gəlincə, Qurban Qurbanovu da tanıyıram və ona qarşı mübarizə aparmışam. Hələ həmin illərdə öz istedadını ortaya qoymuşdu. Məqsədləri olan məşqçidir və bunu sübut etdi. Qurban Qurbanov çox ağıllı və xarakterli məşqçidir”.

Rednik azarkeşlərin maraqlı matç izləyəcəyini də sözlərinə əlavə edib: “Açığı, düşünürəm ki, çox maraqlı oyun olacaq. Çünki FCSB hücum futbolu oynamağı sevən komandadır. Qurban Qurbanovun da oyun fəlsəfəsi hücum futbolu üzərində qurulub. Bu baxımdan iki tərəf də daha çox rəqib qapısı ağzında vaxt keçirməyə çalışacaq. Bu baxımdan maraqlı görüş olacaq. Azarkeşlər bu oyundan zövq ala bilərlər”.

Təcrübəli məşqçi “hansı komandaya azarkeşlik edəcəksiz: Rumıniya liqasındakı növbəti rəqibiniz FCSB-yə, yoxsa onları yormağa çalışacaq “Qarabağ”a” sualına isə belə cavab verib: “FCSB-nin qələbəsini ona görə istəyərəm ki, o, Rumıniya komandasıdır. “Qarabağ” isə Qurban Qurbanovun əziyyəti və peşəkarlığı sayəsində yüksəklər gələn komandadır. Bu səbəbdən onların da qalibiyyətini istəyərəm. Buradan Lənkərana, Azərbaycana salam göndərirəm. Uğurlar arzu edirəm. Lənkəran mənim üçün hər zaman doğmadır”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Yanvar 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri