Mirça Rednik: Qurban Qurbanov Qarabağ ı hazırlamağı bacarır
Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hazırda Rumniyanın UTA komandasının baş məşqçi postunda çalışan Mirça Rednik yerli FCSB klubunun Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının VII tur matçından əvvəl fikirlərini bölüşüb.
Teleqraf.com xəbər verir ki, vaxtilə "Xəzər Lənkəran"da çalışmış 63 yaşlı mütəxəssis Ağdam komandasını yaxşı tanıdığını vurğulayıb.
"Azərbaycanlılar üçün "Qarabağ"ın nə demək olduğunu bilirəm. Bu komandaya çoxlu sərmayə qoyulub, 15 ildən çox staja malik baş məşqçisi (Qurban Qurbanov - red.) var. O, komandanı hazırlamağı bacarır", - deyən Rednik FCSB-nin sahibi Cici Bekaliyə söz atmağı da unutmayıb: "Ümidvaram ki, bizimlə oyuna yorğun çıxacaqlar. Amma Bekali ona nə lazım olduğunu bilir".
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - FCSB matçı saat 21:45-də başlanacaq. FCSB "Qarabağ"la görüşdən sonra yanvarın 26-da Rumıniya çempionatının oyununda UTA-nın qonağı olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 21 Yanvar 2025 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















