Icma.az
close
up
RU
Rednik… Qurban Qurbanov

Rednik… Qurban Qurbanov

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

2011-ci il, Azərbaycan kubokunun 1/4 finalının “Neftçi” – “Xəzər Lənkəran” qarşılaşması.

Həmin oyunun gərginliyini AFFA İntizam Komitəsinin matç haqda qərarlarından bilmək olar.

Həmin oyunu əbəs xatırlatmadıq. Hakim qərarına etiraz olaraq papağını yerə çırpan “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik 5 oyun cəzalandırlmışdı.

Həmin absurd qərar uzun zaman öz absurdluğuna görə xatırlanır və AFFA -ya rişxənd mənasında qeyd edilərdi.

Dünən yenə Azərbaycan kuboku qarşılaşmasında (1/2) əsəblər tarıma çəkildi. “Araz Naxçıvan” – “Qarabağ” oyunu yeganə penalti qolu (Santos) ilə muxtar respublika təmsilçisinin xeyrinə bitdi. Hadisə isə Qurban Qurbanovla bağlıdır.

“Qarabağ”ın baş məşqçisi hakimin penalti qərarından qəzəblənərək əlindəki planşeti çilik-çilik elədi. Oyun bitənədək Qurbanovun belə emosional vəziyyətə düşməsinin əsl səbəbini bilmək asan olmadı, çünki penalti şübhəli deyildi. Artıq, Qurbanovun hiddətinin bu oyundan qaynaqlandığını, daha dərin səbəblərinin olduğunu iddia edənlər peyda olmuşdu.

Ancaq baş məşqçi oyunsonrası mətbuat konfransında dedi ki, planşeti penalti qərarına görə qırıb.

Bəs Rednik hadisəsini niyə xatırlatdıq?

Çünki hər iki reaksiyada motiv bənzətliyi var. Məşqçi birbaşa hakimə jest və s. təzyiq etmədən, “neytral etiraz” edir.

Düşünmürük ki, həmin vaxt AFFA baş məşqçiyə qarşı cəzanı doğru vermişdi. Heç bəsit məntiq yox idi.

Lakin “neytral etiraz” olsa belə, kəskin, sərt formalı olduğu üçün məsələyə sanksiya tətbiq edilməliydi. Görünür hakimlər Qurbanovun hörməti, nüfuzu qarşısında susmaq qərarına gəliblər.

Maraqlıdır, AFFA Qurbanovun sərt, emosional etirazına hüquqi qiymət verəcəkmi?

Kamil Əhməd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 03 Aprel 2025 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see249

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see244

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see230

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see225

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see221

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see220

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see219

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see208

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see206

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see205

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see202

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see197

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see190

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see186

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see186

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see185

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see174

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see165

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see160

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri