Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Mirhüseyn sükutu pozdu: “Hər gün rüşvət alan adam belə futbola lağ edir”

Mirhüseyn sükutu pozdu: “Hər gün rüşvət alan adam belə futbola lağ edir”

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Neftçi”nin sabiq futbolçusu Mirhüseyn Seyidov 2017-ci ildən futboldan kənar düşüb. Yarımmüdafiəçinin iştirak etdiyi idman oyunun nəticəsinin manipulyasiyasına görə ömürlük futbol fəaliyyətinə qadağa qoyulub. Seyidov daha əvvəl şikayət etsə də, etirazı təmin edilməyib.

Vaxtilə Azərbaycan millisinin aşağı yaş qruplarında forma geyinən Mirhüseyn Seyidov yenidən şikayətə hazırlaşır. Uzun müddətdir, susqunluğunu qoruyan Seyidov “FutbolPress“ə danışdı və müsahibəsində 8 il öncə yaşananlar, hazırda gedən proseslər və gələcək planlarından söz açdı:

“Darıxsam belə bu vəziyyətlə barışmalıyam”

– Uzun müddətdir, futboldan kənar qalmısınız. Hansı hissləri keçirirsiz?
– 8 ildir, futboldan uzağam. Bu, bir az yox, xeyli ağırdır. Verilən qərar var və buna uyğun hərəkət etmək lazımdır. Adam futbol üçün darıxır – əvvəlki oyunlar, milli ilə səfərlər, “Neftçi” ilə beynəlxalq matçlar… Əlbəttə, hamısı üçün darıxıram. Darıxsam belə bu vəziyyətlə barışmalıyam.

– Müəyyən sükunətli dövrdən sonra yenidən məsələ ilə bağlı aktivlik göstərirsiz. Belə qərara gəlməyinizə səbəb nə oldu?
– Vəkil dostlarım var, dedilər ki, bu məsələ ilə bağlı məhkəməyə şikayət edək. AFFA qeyri-hökumət təşkilatı olduğu üçün bəzi dövlət qanunları ilə onların qanunları üst-üstə düşmür. Hüquqi dövlətik və gec-tez AFFA-dan da kimsə bu qanunlara riayət edəcək və məsələ gec-tez yerini alacaq.

– Qərar verilən günü necə xatırlayırsınız?
– Qərarı görəndə sanki yuxuda idim. Çox çətin idi… Mənimçün hər şey bir anda, bir gündə getdi. Psixoloji olaraq ağır idi. Yeni ailə həyatı qurmuşdum, müəyyən problemlər var idi. Çox çətinlik çəkdim. Sizin də sayt vasitəsilə Qara Qarayevi vurğulamaq istəyirəm. Ən çətin dönəmimdə, həyatdan “əlimi üzdüyüm” vaxtda yanımda oldu, əlini çiynimə qoydu. Dedi ki, “biz qardaşıq, bu vəziyyətdən bir çıxmalıyıq”. Dostlar sağ olsun, axtarır, dəstək olurlar, amma Qara Qarayevin yeri başqa oldu. Elə anlarda yanımda oldu ki, sözlə ifadə etmək olmur.

“AFFA kiminsə atasının obyekti deyil, özəl qurumdur”

– Daha əvvəl şikayətləriniz təmin olunmayıb. İndi nəyə ümidlisiniz?
– İki dəfə şikayət etmişik, cavab gəlməyib. Appelyasiyaya da müraciət edəcəyik. Məsələnin həll olması üçün çalışırıq. AFFA kiminsə atasının obyekti deyil, özəl qurumdur. Ancaq ölkə daxilindədir və mənəm-mənəm deyə bilməz. Ola bilər hansısa təcrübə yoxdur. Amma xaricdəki federasiyalarla nəsə məsləhətləşib, qərar çıxarmalıdır. Yoxsa, bura atamın obyektidir, nə istəyirəm qərar verirəm deyə bir şey olmaz. Verilən cəzanın kağızı yoxdur, qərarı verən də bu gün yoxdur. Kağızın harda olduğu bilinmir. Bunlar elə AFFA-da işlərin necə getdiyini göstərir.

“Futbolçu kimi qayıtmaq istəmirəm”

– Şikayətiniz təmin edilsə, nə etməyi planlaşdırırsınız?
– Futbola qayıtmaq bir az əlçatmazdır. Biz ən çox “Neftçi”ni sevirik. Onların yetirməsiyəm. Arzum odur ki, milli komandanın hansısa yaş qrupunda işləmək, “Neftçi”də çirmələnib, işləməkdir. Belə deyim, tam arzu da deyil, fürsət olsa, belə işlərdə olmaq istəyirəm.

– Dövrünüzün bir çox oyunçuları hazırda yarı-peşəkar II Liqada top qovur. Bu variantı düşünmürsünüz?
– Gedib II Liqada oynamaq istəmirəm. Bəzən dostlar təklif edir, amma getmirəm. Çünki indi həm hazırlığım da o deyil, həm də cəzam var.

– Oynamaq üçün özünüzü hazır hiss edirsiniz? Keçmiş futbolçular var ki, deyir, bu yaşımda da gedib II Liqada oynayaram. Onlarla eyni fikirdə deyilsiniz?
– 32 yaşım var və düzdür, cəza götürülsə, oynamaq üçün gec deyil. Amma mən 8 ildir, fiziki hazırlıq üzrə məşq keçmirəm. Gedib II Liqada oynamaq da asan olmaz. Şərait cəhətdən I və II liqa klubları çox əziyyət çəkir. Uzun fasilədən sonra gedib, tez-tez zədələnmək və problem yaşamaq ehtimalı var. Ona görə futbolçu kimi qayıtmaq istəmirəm. Dostlar sağ olsun, dəyər verib, çağırıblar, amma oynamaq istəməmişəm.

“Hər gün rüşvət alan adam belə futbola lağ edir”

– Azərbaycan futbolunun mənzərəsini necə ifadə edərdiniz?
– Bu gün reytinq hər şeyi deyir. O vaxt bəzi futbolçuları da cəzalandırdılar ki, belə oldu. Amma indi reytinqə baxanda vəziyyəti görürük. Kimisə gətirdilər, kimisə milliləşdirdilər, heç nə dəyişmədi. O vaxt reytinqdə daha yaxşı yerdə idik, nəinki indi.

– Dostlarınızla oturanda yəqin futbol daha çox danışılan mövzu olur. Futbolumuz kənardan necə görüntü verir?
– Görünən kəndə bələdçi lazım deyil. Milli komanda və ümumi futbola baxanda hərdən gülünc vəziyyət yaranır. Mən indi sıravi adamların içindəyəm, hər sahədə dostlarım var. Belə deyim, hər gün rüşvət alan adam belə futbola lağ edir. Bu, mənə çox ağır gəlir. Ancaq nə edək. Futbolu elə edirlər ki…

“Rəhbərləri filankəsdir, komandası olsun, elə bil “zakaz”dır”

– Yeni İnkişaf Strategiyası var. Milli komandanın reytinqində daha yaxşı yerlərdə olması hədəflənir. Sizcə nə dəyişməlidir, millidə çatışmayan nədir?
– Hər şeyi reytinqlə götürmürəm. Amma meydanda oynanılan oyun var. Əvvəl yığmada 4-5 lider oyunçu var idi. Meydana çıxır, döyüşürdük. İndi isə döyüş yoxdur. Futbol dəyişib, taktikalar, texniki göstəricilər, məşqçilərin xüsusi çalışma sistemləri var. Millətlər Liqasında sonuncu olduq, qarşıdan da Dünya çempionatının seçmə mərhələsi var. Nəsə gözləmək olmur. Vaxtilə futboldan bir-bir oyunçuları hansısa yollarla kənarlaşdırdılar. İndi millidə lider yoxdur. Döyüşkənlik axtarırlar, onu da tapa bilməyəcəklər. Çempionatda da limiti ləğv etdilər. İndi görək çempionatın və komandaların vəziyyəti necə olacaq. Bu il milli komandanın əsas vəziyyəti limitsonrası bilinəcək. İlin sonunda qərarın hansı təsirinin olacağını görəcəyik. Millimiz üçün asan olmayacaq.

– Premyer Liqada komanda sayı 12-yə çatdırıldı. Qərarı necə şərh edərdiniz?
– Bizim vaxtımızda 14 komanda var idi. Sonra say 12-ə düşmüşdü və iki “altılıq” var idi. Çempionluğa azı 5 komanda oynayırdı, çempionat maraqlı keçirdi. Bu gün 3 dövrəli çempionat olacaq. Yeni qoşulanların stadion problemləri var. İnfrastrukturla bağlı o qədər çatışmazlıqlar var ki… Şərait olmayanda artıq işlər yola veriləcək. İndi “Qarabağ” kimi komandaya gedib şəraitsiz yerdə oynamaq çətin olacaq. Hər dəfə təbii örtükdə məşq edən komandaya süni örtükdə hazırlaşmaq çətin olacaq. Elə yer var ki, futbol bölgəsidir, amma klubu yoxdur. Elə yer də var ki, baxırsan, futbol ənənələri yoxdur, ancaq klubu elitadadır. Ad çəkmək istəmirəm. Bu, nədən irəli gəlir? Rəhbərləri filankəsdir, komandası olsun, elə bil “zakaz”dır. Belə halda futboldan danışmağa dəyməz.

– Sabiq klubunuz “Neftçi”nin durumuna da toxunaq. Son mövsümlərdə uğursuz çıxışı ilə diqqət çəkən komandadan bu dəfə ümidlisiniz?
– “Neftçi” adına üzücüdür. Özümüz də bu komandaya bağlıyıq və ağır gəlir. Futbol ağır sahədir. Hər an komandanın yanında olmaq lazımdır. Bundan öncə kluba gətirilən transferlərə baxırdın ki, yüksək məbləğ veriblər, amma komanda səviyyəsində deyil. Artıq hər şeyi başa düşürsən. Bu gün kluba ayrılan büdcəyə, şəraitə baxırsan. Belə imkanlarla avrokuboklara düşməmək böyük problemdir. Daha az büdcəli komandalar isə avrokuboklara gedir. Bizimçün ağırdır. Lakin bu il ümidliyəm, inanıram ki, komanda yaxşı yerlər üçün mübarizə aparacaq. Sonda yenə avrokuboklara gedə bilməyəcəklərsə, “Neftçi” adına utancverici olacaq.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 İyul 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see268

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see251

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see178

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see174

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see148

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see146

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri