Icma.az
close
up
RU
Mirşahin atasının vəfatından yazdı

Mirşahin atasının vəfatından yazdı

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dostlar və “dostlar”! Atam Mir Dilavərin ölümünü təbii ki çox ağır keçirirəm. Həm bir övlad, həm də cəmiyyət üzvü kimi. İki gündür rəhmət leysanı içindəyik. Mir Dilavər ağanın qapısı insan selağzıdır.

Başsağlıqları, ehtiram, hörmət, xatırlamalar. Böyük bir bölgənin ağsaqqalı, nüfuzlu din xadimi, Müqəddəsimiz rəhmətə gedib. Yeri həmişə görünəcək. Əlbəttə, bu böyük kişi, əlinin qabarı, alnının təri, sarsılmaz imanı, Qurani Kərimin yüzlərlə Hafizini yetişdirmiş zəhməti ilə-möminlik nümunəsinə ucalmış Hacı Mir Dilavər ağa haqqında mütləq çox ciddi nələrsə yazacam. Amma indi yox. Bir az sonra. Hər şeyi tam dərk edəndən sonra. İndi isə həm də bunları yazıram:

-Atam gedişi ilə də işıq saldı. Bu nur topasına doğru pərvanə kimi qanad çalanları da, hürə-hürə cuman quduz köpəkləri də gördüm. Görməkdəyəm. Atam yoldadır! Yəqin ki, üzündəki təbəssüm bu dəqiqə daha da səmavi, daha da ilahidir. Atamın İşıqlı siması hüzurunda qələbəlikdir, tıxacdır. Ruhuna doğru saysız-hesabsız Fatihə, Salavat və Dualar uçuşur… O Fatihə, Salavat və Dualardan min kilometrlərlə aşağıda isə qaragüruh, cahil idbarlar, mənəvi şikəstlər var… Bu xəbis xislətlilərin ala-tala ləkələri, laxtaları, qaraltıları gözə dəyir! Atam həmişə mənə deyərdi: nə olursa, olsun, qəzəblənmə! Kin saxlama! Əməl etməyə çalışıram. Amma indi çox çətindir. Çünki Atam bunu deyəndə sağ idi. Yanımda idi. Amma indi deyil. Qəzəblənməkdən çəkindirənim, hövsələyə çağıranım, səbr verənim də yoxdur. Allah səbr versin deməklə deyil… Alınmır… O Ucalığa hürən, ulayan alçaqları Atam görmür. Görə də bilməz. Çünki onlardan çox yuxarıdadır. Atama rahatdır. Amma mən görürəm. Rahat ola bilmirəm. Gücüm ancaq bu diləyə çatır:
-Bağışla onları, Ata! Onlar nə etdiklərini bilmirlər!

Mirşahin Ağayev

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Mart 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri